AKP, CHP və MHP üzvləri Almaniya Bundestaqına birgə etiraz bəyanatı ünvanladı
 
TBMM xarici işlər komissiyasının AKP, CHP VƏ MHP-dən olan üzvləri Almaniya Bundestaqının qondarma "erməni genosidi"nə dair qərar layihəsini müzakirəyə çıxıarmasına qarşı birgə etiraz bəyanatı yayıblar.

Bəyanatda bildirilir: "Bundestaqın əsassız "erməni soyqırım" iddialarını dəstəkləyən bir qərar layihəsinin iyunun 2-də müzakirəyə çıxarılmasını,  "1915-ci il hadisələri" haqqında tarixi həqiqətləri təhrif edən və hüquqla uyğun gəlməyən layihəni şiddətlə qınayır və rədd edirik".

Bəyanatda daha sonra qeyd edilir: "101 il əvvəl I dünya müharibəsinin xüsusi şərtlərində yaşanan və türklərlə ermənilərin qarşılıqlı olaraq böyük ağrılar çəkməsinə səbəb olan hadisələrin, tərəfli, təhrif edilmiş və müxtəlif subyektiv siyasi manipulyasiyalarla ələ alınaraq bir 'soyqırım' olaraq təqdimi əsla qəbul edilə bilməz. Sözügedən hadisələrin indiki vaxtda necə siyasiləşdirildiyinin və istismar edildiyinin ən pis nümunələrindən biri olan bu layihənin, Almaniyanın "xüsusi tarixi məsuliyyətini" boynuna götürməsi və "keçmişin uçurumlarını aşaraq barışma və anlaşma yolları axtarmaq mövzusunda türklər və erməniləri dəstəkləmə" kimi gülünc səbəblərlə izah edilməsinə isə kimsə etibar etmir.

Soyqırım siyasi məqsədlərlə istismar edilə biləcək bir anlayış deyil, beynəlxalq hüquqda tərifi açıq və qəti olaraq edilmiş bir cinayətdir. 1915-ci il hadisələrinin "soyqırım" olduğuna dair səlahiyyətli bir məhkəmə qərarı olmadığı kimi, bu mövzuda hər hansı bir uzlaşmanın varlığından bəhs etmənin də mümkün olmadığı, Avropa İnsan Hüquqları Məhkəməsinin 15 oktyabr 2015-ci il tarixli "Perinçek - İsveçrə davası" qərarı da təsdiq edilib".

Bəyanatda qeyd olunur ki, Bundestaqın bur addımı Almaniyadakı 3 milyonluq türk cəmiyyətinin durumuna pis təsir edəcək, türklərlə almanları bir-birindən uzaqlaşdıracaq. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300