Barak Obama: Liviya mənim ən böyük xarici siyasət səhvimdir
 
Barak Obama Liviyada əməliyyatı özünü ən böyük səhvi elan edib.

Musavat.com xarici mediyaya istinadən xəbər verir ki, ABŞ-ın Liviya münaqişəsinə hərbi müdaxiləsi indiki prezidentin ən böyük xarici siyasət sahəsində səhvi hesab olunub. 

Bu barədə Barak Obama özü İndiana ştatının Elkhart şəhərində etdiyi çıxış zamanı bəyan edib.

"Mən əvvəllər də demişəm ki, beynəlxalq koalisiyanın tərkibində Liviyaya müdaxilə edilməsini özümün ən böyük xarici siyasət səhvim hesab edirəm” deyə o bildirib.

Ağ evin rəhbəri etiraf edib ki, Liviya rəhbəri Muammər Kaddafi rejimi devrilməsindən sonra Şimail Atlantika Alyansı (NATO) orada siyasi sabitliyi təmin edə bilməyib və ölkədə yeni hökumətin formalaşmasına kömək edə bilməyib. 

Obamanın sözlərinə görə hazırda bu ərəb ölkəsində əsl xaos hökm srürür.

Qeyd olunur ki, BMT Təhlükəsizlik Şurası tərəfindən Liviyaya tətbiq edilən silah embarqosu yumşaldıla bilər. 

Bu məlumatı Obama adminstrasiyasıındakı mənbələr də təsdiq edir.

ABŞ-ın bunula bağlı mövqeyinin dəyişməsinə səbəb Liviyada milli etimad hökumətini qurulması və ölkənin üçüncü ən böyük şəhəri sayılan Misuratada "İslam dövləti” adlı terror təşkilatının fəallaşması olub.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300