Müsavat başqanının Təşkilati Məsələlər üzrə müavini Razim Əmiraslanlının partiyanın may ayı ərzində gördüyü işlər barədə qeydlərin uluyol.info olaraq təqdim edirik:

2 may – Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda dünyada və ölkədə olan siyasi vəziyyət, partiya strukturlarının fəaliyyəti, görüləcək işlər müzakirə olunub. Başqan müavini Tofiq Yaqublu Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşü barədə məlumat verib.

Başqan müavini Elman Fəttahın Müsavat Partiyası Şirvan şəhər təşkilatının şurasında iştirakı barədə məlumatı dinlənilib.

Müsavat Partiyası hakimiyyətdən döyüş bölgəsində yaşayan mülki əhalinin kommunal xərclərdən azad olunmasını tələb edib.

3 may Bakı şəhəri və ərazisi işğal olunmuş rayonların Müsavat Partiyası payon təşkilatlarının müşavirəsi, Sədrlər şurasının iclası keçirilb.

İclasda ölkədəki ictimai-siyasi vəziyyət. rayon təşkilatlarının qarşısında duran vəzifələr müzakirə olunub. Rayon təşkilatı nümayəndələrinin təklifləri dinlənilib. Rayon təşkilatlarına icraya yönəlik tapşırıqlar verilib.

6 may – Müsavat Partiyasının başqanı Arif Hacılı Böyük Britaniyanın Azərbaycanda səfiri cənab İrfan Siddiq ilə görüşüb.

Görüşdə Azərbaycan-İngiltərə münasibətləri, Azərbaycanın Avropaya inteqrasiya məsələləri, ölkəmizdə ictimai-siyasi vəziyyət, siyasi məhbuslar problemi siyasi və iqtisadi problemlər barədə fikir mübadiləsi aparılıb. Qarabağ məsələsinin indiki durumu müzakirə edilib.

8 may – Müsavat Partiyasının təmsilçiləri Şuşanın işğalının ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanının, Azərbaycanın Milli Qəhrəmanları – Ramiz Qəmbərov və Albert Aqarunovun məzarlarının ziyarət edib. məzarlar yanında Müsavat başqanı Arif Hacılı, MSDM sədri İsa Qəmbər, Milli qəhrəman Albert Aqarunovun qardaşı Rantik Aqarunov, Şuşa uğrunda döyüşlərin iştirakçısı Mustafa Hacıbəyli və başqaları çıxış edib.

10 may – Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda dünyada və ölkədə olan siyasi vəziyyət, partiya strukturlarının fəaliyyəti, görüləcək işlər müzakirə olunub.
28 may Cümhuriyyət günü Novxanı kəndində təntənəli tədbirin keçirilməsi barədə qərar qəbul edilib.

11 may – Bakı şəhəri və ərazisi işğal olunmuş rayonların Müsavat Partiyası payon təşkilatlarının müşavirəsi, Sədrlər Şurasının iclası keçirilb.

İclasda ölkədəki ictimai-siyasi vəziyyət. rayon təşkilatlarının qarşısında duran vəzifələr müzakirələr olunub. Rayon təşkilatı nümayəndələrinin təklifləri dinlənilib. Rayon təşkilatlarına icraya yönəlik tapşırıqlar verilib.

15 may – Müsavat Partiyası Nərimanov rayon təşkilatının konfransı keçirilib.Konfransada təşkilati məsələlərə baxılıb. Sədr, sərbəst şura üzvləri və NTK üzvləri seçilib.Konfransın işində Başqan müavinləri Yadigar Sadıqov və Elman Fəttah, MNTK üzvləri Xuraman Bağırova və Əli Həsənov iştirak ediblər.

16 may – Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
İclasda görülən işlər barədə məlumat verilib.
İclasda dünyada və ölkədə siyasi vəziyyət, partiya strukturlarının fəaliyyəti, görüləcək işlər müzakirə olunub.
Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini cənab Stefan Makkornikin Sumqayıt şəhərində Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının rəhbərliyi ilə keçidiyi görüşü haqqında Vəfa Cümşüdlü və İkram İsrafil ətraflı məlumat verib.
Müsavat başqanı Arif Hacılı Böyük Britaniyanın Azərbaycana təyin olunan yeni səfiri ilə görüşü haqqında məlumat verib

16 may – Binəqədi rayon təşkilatının genişləndirilmiş toplantısı keçirilib. Toplantıda Müsavat başqanının müavini Tofiq Yaqublu, Divan üzvü Nemət Kərimli iştirak edib.

17 may – Bakı şəhəri və ərazisi işğal olunmuş rayonların Müsavat Partiyası payon təşkilatlarının müşavirəsi, Sədrlər şurasının iclası keçirilb.

İclasda ölkədəki ictimai-siyasi vəziyyət. rayon təşkilatlarının qarşısında duran vəzifələr müzakirələr olunub. Rayon təşkilatı nümayəndələrinin təklifləri dinlənilib. Rayon təşkilatlarına icraya yönəlik tapşırıqlar verilib.

17 may – Yasamal rayon təşkilatı şurasının genişləndirilmiş toplantısı keçirilib. Toplantıda Müsavat Partiyası İcra aparatının rəhbəri Gülağa Aslanlı, MNTK sədri Sevinc Hüseynova iştirak ediblər.

19 may – Müsavat Partiyasının başqanı Arif Hacılı, İcra Aparatının rəhbəri Gülağa Aslanlı, Divan üzvləri – Rafiq İsmayıl, Razim Əmiraslanlı, partiya fəalları və gənclər bir il əvvəl Binəqədi rayonu, Azadlıq prospektində yerləşən binada baş verən yanğın nəticəsində həlak olanların xatirəsini yad edib.

19 may – Müsavat Partiyasının başqanı Arif Hacılı partiyanın qərargahında öz müşavirləri ilə toplantı keçirib.
Toplantıda ölkədəki ictimai-siyasi vəziyyət, Müsavat Partiyasının fəaliyyəti, qarşıda duran vəzifələr müzakirə edilib.

20-22 may – Müsavat Partiyası təmsilçiləri Gürcüstanda rəsmi səfərdə olub. Müsavat başqanı Arif Hacılı, MSDM sədri İsa Qəmbər, başqan müavini Səxavət Soltanlı və Divan üzvü Nailə Yaqublunun daxil olduğu nümayəndə heyəti səfər çərçifəsində Cənubi Osetiya işqal xəttində keçirilən tədbirdə və
eyni zamanda Cənubi Qafqazda demokratiya və təhlükəsizlik mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edirlər.

Müsavat təmsilçiləri səfər zamanı Gürcüstan parlamentinin spikeri Dasvid Usupaşvili, müdafiə naziri Tinatin Xidaşeli, təhlükəsizlik şurası sədrinin müavini İvlian Hayndrava, Böyük Britaniya, Belçika, Almaniyadan və digər Avropa ölkələrindən olan Partiya rəhbərləri, siyasi və dövlət xadimləri ilə görüşlər keçirib.

21 – may Səbail,Suraxanı,Nizami,Xəzər,Nəsimi,May ayının 16 da Binəqədi, Xətai rayon təşkilatlarının genişləndirilmiş şura iclasları keçirilib. Şura iclaslarında partiyaya yeni üzvlər qəbul edilib.

Toplantılarda Müsavat başqanının müavinləri, Divan Və MNTK üzvləri iştirak edib.

22 may- Müsavat Partiyasının komissiya sədrlərinin toplantısı keçirilib. Məclis sədri Nüşabə Sadıxlının sədrliyi ilə keçirilən toplantıda komissiya sədrləri Dilşad Nağı, Elman Fəttah, Könül Alı, Nemət Kərimli, Şakir Abasov, Mustafa Hacıbəyli, Məclisin katibi Rauf Ağa iştirak ediblər. Toplantıda komissiya sədrlərinin hesabatları və təklifləri dinlənilib.

23 may- Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
iclasda görülən işlər barədə məlumat verilib.
İclasda Dünyada və ölkədə siyasi vəziyyət, partiya strukturlarının fəaliyyəti, görüləcək işlər müzakirə olunub.

24 may – sədrlər şurasının genişləndirilmiş iclasdı keçirildi.İclasda Müsavat Partiyasının başqanı Arif Hacılı iştirak edib. Arif Hacılı 28 may bayram tədbiri ilə bağlı rayon təşkilatlarına müvafiq tapşırıqlar verib.

27 may – Müsavat Partiyasının qərargahında MSDM in ” Qarabağ faktoru beynəlxalq münasibətlərdə ” mövzusunda dəyirmi masa keçirilib. Konfliktoloq Elxan Mehdiyevin məruzəçi olduğu toplantıda Müsavat Partiyasının rəhbərləri və fəalları da iştirak edib.

27 may – Müsavat Divanının üzvü Alya Yaqublu Milli Məclisin Bastainfo.com saytından Mətbuat Şurasına şikayəti ilə əlaqədar bu qurumun yığıncağında iştirak edib.

28 may – Müsavat Partiyası Cümhuriyyətin 98-ci ildönümü münasibəti ilə Novxanıda ulu öndər M.Ə.Rəsulzadınin abidəsi önündə bayram mitinqi keçirib.
Mitinqi Müsavat Məclisinin sədri Nüşabə Sadıxlı aparıb.

Mitinqdə Müsavat başqanı Arif Hacılı, MSDM sədri İsa Qəmbər, Müsavat başqanının müavini Tofiq Yaqublu, Rəsulzadə irsinin araşdırıcısı Nəsiman Yaqublu, BDU nun müəllimi Xəyalə Əfəndiyeva M.Ə. Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə və başqaları çıxış edib.
Məktəblilər Müsavat və Rəsuldəyə həsr olunmuş şerlər səsləndiriblər.

28 may – Müsavat Partiyasının rəhbərliyi və fəalları Cümhuriyyətin 98-ci ildönümü münasibəti ilə Fəxri Xiyabanda Xalq Hərakatının lideri Əbülfəz Elçibəyin məzarını ziyarət edib.

29 may – Müsavat Partiyası Göyçay rayon təşkilatının konfransı keçirilib. Namiq Hacıbəyli yenidən rayon təşkilatının sədri seçilib. Konfransın işində Divan üzvü Rafiq İsmayıl,MNTK üzvü Çingiz Əli,Təşkilat Departamentin sədri Söhrab Məhərrəmov, Məclis üzvü Zakir İsmayıl İştirak edib.

31 may – Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
İclasda görülən işlər barədə məlumat verilib.
İclasda Dünyada və ölkədə siyasi vəziyyət, partiya strukturlarının fəaliyyəti, görüləcək işlər müzakirə olunub.
28 may Respublika günü münasibəti ilə keçirilən mitinq müzakirə olunub. Mitinq Divan tərəfindən yüksək qiymətləndirilib. Ümumilikdə Azərbaycan hakimiyyətinin Cümhuriyyət gününün xüsusi qeyd olunmasına göstərdiyi müqavimətə baxmayaraq, ölkə boyu və dünyanın müxtəlif ölkələrində – Gürcüstanda, Türkiyədə, Almaniyada və digər yerlərdə yüksək əhval-ruhiyyə ilə qeyd olunması təqdir edilib.

31 may – Bakı şəhəri və ərazisi işğal olunmuş rayonların Müsavat Partiyası payon təşkilatlarının müşavirəsi, Sədrlər Şurasının iclası keçirilb.

İclasda ölkədəki ictimai-siyasi vəziyyət. rayon təşkilatlarının qarşısında duran vəzifələr müzakirələr olunub. Rayon təşkilatı nümayəndələrinin təklifləri dinlənilib. Rayon təşkilatlarına tapşırıqlar verilib.

May ayı ərzində Müsavat başqanı mütamadi olaraq müavinlərİ və icra aparatı əməkdaşlarının iştirakı ilə cari fəaliyyətə dair toplantılar keçirib.

Hər həftə MSDM in doplantıları keçirilib. Bu toplantılarda mövcud ümumi problemlər, ölkə həyatına dair mühüm məsələlər müzakirə olunub. Fəaliyyət üçün təkliflər hazırlanıb.

Müasvat Partiyası dünyada və ölkədə olan mühüm məsələrə dair bəyanatlar, açıqlamalar yayıb.

Müsavat təmsilçiləri Bakıda fəaliyyət göstərən diplomatik korpusun təşkil etdiyi müxtəlif tədbirlərdə iştirak edib.

Müsavat Partiyasının İcra Aparatı, Müsavat Partiyasına dəstək verən Bastainfo.com , musavat.org.az saytları gündəlik fəaliyyətini davam etdirib.

hhhhhhh13312703_1005294899584271_6127437342019109106_n 13335875_1005297739583987_4727216262159116847_n 13336051_1005287062918388_1843384681478085602_n13319938_701821459955537_8311594795337463397_n13321678_1005293662917728_5191395349768683007_n 13331094_1005295292917565_146352567982575126_n 13335760_1005297069584054_6736601413269433108_n

 

Uluyol.info


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300