tale-bagirzade3

Bir qrupun məhkəməsi gedir, digərinin istintaqı sona çatıb, bir qrup isə hələ gözləyir

"Nardaran işi”ndə ittiham olunanların bir qrupu ilə bağlı istintaq sona çatıb. Hazırda müdafiə tərəfi cinayət işinin materialları ilə tanış olur. Bu işdə əsas təşkilatçı ilahiyyatçı Tale Bağırzadə sayılır. O, terrorçuluq, adam öldürmə də daxil olmaqla, 20-dən çox maddə ilə günahlandırılır.

Tale Bağırzadənin vəkili Elçin Sadıqov deyir ki, istintaq birtərəfli qaydada aparılıb. Tale Bağırzadə istintaq müddətində heç bir cinayət əməli törətmədiyini, şahidlərin əksəriyyətinin məcburiyyət qarşısında ona qarşı ifadə verdiyini deyib:

Elçin Sadıqov: "Şahidi Tale Bağırzadənin üzünə durmağa məcbur edirdilər”

"Hətta biz üzləşdirmədə şahidin Tale Bağırzadənin üzünə durmağa məcbur edildiyini də gördük. Buna etiraz olaraq, Tale Bağırzadə üzləşdirilmədən imtina etmişdi. Həm də o, tutulan zaman amansız işgəncələrə məruz qalıb. Cinayət işi isə tamamilə əsassızdır. Biz istintaqın gedişindən, irəli sürülən ittihamlardan narazıyıq. Məhkəmənin ədalətli qərar verəcəyini gözləmirik. Ancaq məhkəmədə haqlı olduğumuzu sübut edəcəyik”.

Müdafiə tərəfinin istintaq zamanı qaldırdığı vəsatətləri isə işi aparan müstəntiqlər rədd edib.

Fariz NamazlıFariz Namazlı

Tale Bağırzadə və onunla birlikdə ittiham olunan 10-dan artıq şəxs Cinayət Məcəlləsinin 21 maddəsi ilə ittiham olunur. İttihamlar sübut olunarsa, onlardan bir neçəsi ömürlük azadlıqdan məhrum edilə bilər.

3 gün komada qalsa da, sağalıb

İstintaqı yekunlaşanlardan biri, Abbas Hüseynovun vəkili Fariz Namazlı deyir ki, onun müdafiə etdiyi şəxsə də çoxları kimi tutulanda işgəncə verilib:

Fariz Namazli: "Döyüb ifadə alıblar”

"Abbas Hüseynov həbs olunan zaman belindən güllə dəymişdi. O, 3 gün komada qalmışdı. Mətbuatda isə ölüm xəbəri yayılmışdı. Ancaq ölmədi, sağaldı. Amma həmin vaxt ifadə almaqdan ötrü onu döymüşdülər. Ona görə indi böyrəyində ağrılar var. Belinə güllə dəydiyindən ağrıları qalır, başında da ağrılar var”.

Vəkil deyir ki, işgənclərdən şikayət edənlərlə bağlı prokuroluq izahat alıb.

"Nardaran işi” ilə bağlı ümumilikdə 70 nəfər həbs olunub. Hadisə yerində olanlardan başqa sonradan tutulanlarla bağlı artıq bir neçə məhkəmə hökmü də elan edilib. Onlar, əsasən, daha yüngül maddə – qanunsuz silah saxlamaya görə tutulanlardır.20 –yə yaxın şəxsin işi məhkəmələrə təxminən 2 ay əvvəl göndərilib.

İyunun 1-də onlardan birinin Sabunçu Rayon Məhkəməsində məhkəməsi başa çatıb. Qanunsuz silah-sursat saxlamaqda ittiham olunan Raci Babayev 2 il 9 ay azadlıqdan məhrum edilib.

İstintaq hərəkəti aparılmır

Bu iş üzrə hazırda bir qrupun ibtidai istintaqı iyunun ortalarına qədər uzadılıb. Bu qrupda olanlardan birinin vəkili Şəhla Hümbətova deyir ki, cinayət işi ilə bağlı heç bir istintaq hərəkəti aparılmır:

Şəhla Hümbətova: "O vaxtdan bu yana heç bir istintaq hərəkəti aparılmayıb”

"Onları həbs edəndə ilkin dindirmələr, üzərində baxış- filan olub. Nə istintaq hərəkəti olubsa, onda həyata keçirilib. Ondan sonra Gəncədən Bakıya gətiriblər. Altı aydır ki, Kürdəxanıda saxlanılırlar. Bu altı ayda heç bir istintaq hərəkəti aparılmır. Mən bununla bağlı şikayət də yazmışam ki, "həbs müddətini uzadanda onunla əsaslandırırsınız ki, istintaq hərəkətləri aparılır. Ancaq əslində nə bir dindirmə, nə də istintaq hərəkəti olub”. Oturub orda gözləyir”.

Şəhla Hümbətova da həbs olunan zaman müvəkkilinə işgəncə verildiyini deyir.

Fuad Qəhrəmanlı məhkəməyə nardaranlılarla birlikdə çıxacaq

Yalçın İmanovYalçın İmanov

Nardaran işilə bağlı sosial şəbəkələrdəki statuslarına görə həbs olunan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə məhkəməyə Tale Bağırzadənin qrupu ilə birgə çıxacaq. Vəkil Yalçın İmanov deyir ki, müvəkkilini qondarma şəkildə bu işə qoşublar:

Yalçın İmanov: "Fuad Qəhrəmanlını Nardaran hadisələri ilə bağlamaq üçün heç bir hüquqi əsas yoxdur”

"Fuad Qəhrəmanlının işini, necə olursa, olsun, Nardaran işinə bağladılar. Ancaq buna heç bir əsas yox idi. Fuad Qəhrəmanlıya facebookdakı statuslarına görə ittiham elan olundu. Özü də ilk dəfəydi ki, bir partiya fəalı fikirlərinə görə ittiham olunurdu, barəsində həbs qərarı seçilirdi. İttihamın əsasına belə facebook statuslarındakı fikirləri qoyulmuşdu. Fuad Qəhrəmanlının Nardaran hadisələrinə heç bir aidiyatı yox idi. Sadəcə, həmin hadisələrlə bağlı fikilərini yazmışdı. ”

2015-ci il noyabrın 26-da hüquq-mühafizə orqanları Nardaranda xüsusi əməliyyat keçirib. Həmin əməliyyatda ikisi polis olmaqla, 7 nəfər ölmüşdü. Bundan sonra Nardarana qoşun yeridildi və kütləvi həbslər aparıldı.

azadliq.org

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300