Son illlər maşın ,və maşın aksesuarlarının oğurlanması halları çoxalıb.Belə hallardan biri Səbayıl rayonu,Şıxov qəsəbəsi adlanan ərazidə baş verib.Uluyol.info-nun elektron ünvanına zərərçəkən Afiq İsmayılovun şikayət məktubu daxil olub.

"Mətbu orqan olaraq sizin vasitənizlə ümid edirəm ki,problemim həllin tapar.Mən,İsmayılov Afiq Çapay oğlu artıq 4 aydır ki,itmiş maşınım barəsində düz əməlli məlumat ala bilmirəm.Bu ilin fevral ayının 5-i maşını Səbayıl rayonu Şıxov qəsəbəsində kirayə yaşadığım mənzilin qapısında saxlamışdım.Gecə saatlarında (02:20) pəncərədən boylananda gördüm ki,maşın qapıda deyil.Oğurluqla bağlı tez Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurdum.Gecə ilə gəlib ,məsələnin nə yedə olmağı ilə maraqlandılar.Maşını harda saxlamışdım,neçədə oğurluq olması barədə və s. lazımı məlumatları alıb,cinayət işi açıldı.

Səhərisi gün  6 fevral Səbayıl rayonu 8-ci Polis bölməsinə məni dəvət etdilər.Çağırılmağımda məqsəd kameralara baxmaq idi.Maşın oğurlandığı vaxta qədər kamera vasitəsilə izlədik.O gün,bu gün aradan 4 ay keçməsinə baxmayaraq hələdə nəticə yoxdur.Səbayıl rayonu 8-ci Polis bölməsində cinayət işinə baxan Bəxtiyar adlı müstəntiq yaşadığım ərazidə polis müfəttişliyi edən şəxsə göstəriş verdiki ərazidəki restoran,həyətlərə bir-bir baxılsın.Yenədə bir nəticə olmadı.Hansı ki,o ərazidə üç kamera yerləşdirilib ki,oradan keçən maşınların hər cür çəkilişi mümkündür.Bununla bağlı Daxili İşlər Naziri cənab Ramil Usubova məktub yollamışam.

O maşını nə zülmlə almışdım.Özüm bazarda fəhlə işləyirəm.Birdə görürsən ki , gecə saatlarına qədər işləməli oluruq deyə bir az pulum var idi,bir az da dost-tanışdan borc xərc aldım ki,yollarda qalmayım.Artıq 4 aydır ki,bir xəbər yoxdur.Maşının içində sürücülük vəsiqəm,şəxsiyyət vəsiqəm və maşının digər sənədləri var idi.1991-cui il buraxılışlı mersedes190 markalı maşının dövlət nömrə nişanı 10XL154 idi.

Sizin vasitənizlə bir daha cənab nazir Ramil Usubova müraciət edirəm ki , balalarımın boğazından kəsib aldığım maşının tapılması üçün müvafiq orqanlara tapşırıq verəsiz".

 4 aydır maşını oğurlanan şəxs Ramil Usubovdan yardım istədi

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300