Nadejda Savçenko

Rusiyada iki il həbsdə saxlanılmış ukraynalı pilot Nadya Savçenko azad olunduqdan bir həftə sonra çərşənbə axşamı günü parlamentdə qarşılanıb.

"Mən geri döndüm və bu parlamentdə oturanlara səslənirəm- Maydanda və şərqi Ukraynada vətənimiz uğrunda öz həyatlarını fəda edən oğulları unutmağa izin verməyəcəm,” deyə Nadya Savçenko çıxışında bildirib.

O, bu sözləri parlamentdə emosional şəkildə Ukrayna himnini oxuduqdan sonra deyib.

35 yaşlı millət vəkili Kreml tərəfdarı separatçı qüvvələrə qarşı könüllü mübarizəyə qoşulmuş və 2014-cü ilin iyun ayında əsir götürülmüşdü. O vaxtdan bəri Savçenko Ukraynada çoxları tərəfindən qəhrəman olaraq qəbul edilir.

2014-cü ildə hələ həbsdə olduğu zaman millət vəkili seçilmiş Savçenko keçən həftə Rusiya ilə əsirlərin dəyişdirilməsi nəticəsində azad olunub.

Savçenko 2 il əsirlikdə olduğu müddətdə Ukraynanın millət vəkili seçilmiş və Avropa Parlament Assambleyasına nümayəndə təyin olunmuş ilk qadın pilotlarından biridir. Bu da öz növbəsində onun siyasi ambisiyalarına dair şayiələrin artmasına səbəb olub.

Savçenkonun Ukraynanın sabiq baş naziri və "Atayurd” (Batkivşina) partiyasının lideri Yuliya Timoşenko ilə əlaqələri ətrafında suallar yaranıb.

Həm Timoşenko, həm də Savçenko güclü şəxsiyyətlər kimi tanınır. Onların hər ikisi cəmiyyətdə açıq danışması ilə tanınan məşhur insanlardır. Timoşenko sabiq prezident Viktor Yanukoviçin siyasi təqibləri zamanı mübarizənin simvoluna çevrildiyi halda, Savçenko Ukraynanın Kremlə müqavimətinin simvoluna çevrilib.

(amerikanınsəsi)


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300