Jurnalistin prosesi təxirə salındıJurnalist İzolda Ağayevanın ölkədən çıxışına qoyulmuş qadağanın qanunsuz sayılması ilə bağlı məhkəmə prosesi təxirə salınıb.

Bunu Meydan TV-yə jurnalistin vəkili Yalçın İmanov deyib.

İ.Ağayeva ölkədən çıxışına qoyulmuş qadağanı məhkəmə qaydasında mübahisələndirib. Məhkəmə nəzarəti qaydasında verilmiş şikayətə baxılması bu günə təyin edilmişdir.

Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçən proses prokurorluq nümayəndəsinin məhkəməyə gəlməməsi və jurnalistin hansı səbəbdən ölkədən çıxışına qadağa qoyulması ilə bağlı sənədləri məhkəməyə təqdim etməməsi üzündən təxirə salınıb.

Növbəti proses 10 iyunda baş tutacaq.

İzolda Ağayeva ötən ilin sentyabr və oktyabr aylarında bir neçə dəfə Baş Prokurorluğun istintaq idarəsində və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində mərkəzi ofisi Almaniyada yerləşən Meydan TV ilə bağlı dindirilib.

21 mart 2016-cı ildə magistratura təhsili almaq üçün Gürcüstandan keçməklə Türkiyə Cümhuriyyətinə getmək istəsə də, onun "Sınıq Körpü” sərhəd keçid məntəqəsindən buraxmayıblar.

Jurnalistin vəkilinin sorğusuna cavabda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin cavbab məktubunda deyilir ki, idarənin icraatında olan 152006048 №-li cinayət işinin istintaq zərurəti ilə əlaqdar Ağayeva İzolda Heydər qızının sərhəd keçəməsinə "Qadağandır” statusu ilə məhdudiyyət qoyulub.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300