Müsavat Divanı hansı məsələləri müzakirə etdi?

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

İclasda görülən işlər barədə məlumat verilib. Novxanı kəndində təşkil edilən 28 may bayram tədbiri barədə məlumat verilib. Mitinq-bayram tədbiri Divan tərəfindən yüksək qiymətləndirilib. Ümumilikdə Azərbaycan hakimiyyətinin Cümhuriyyət gününün xüsusi qeyd olunmasına göstərdiyi müqavimətə baxmayaraq, ölkə boyu və dünyanın müxtəlif ölkələrində – Gürcüstanda, Türkiyədə, Almaniyada və digər yerlərdə yüksək əhval-ruhiyyə ilə qeyd olunması təqdir edilib.

Sonra Divan üzvü Rafiq İsmayıl Göyçay rayon təşkilatının ümumi yığıncağı haqqında ətraflı məlumat verib. Nizamnamə çərçivəsində bütün strukturların formalaşması və ümumi yığıncağın yüksək səviyyədə keçirilməsi qeyd olunub.

Divan üzvü Nailə Yaqublu Mətbuat Şurasının "bastainfo.com” saytı ilə bağlı dəvətilə iştirak etdiyi toplantı haqqında məlumat verib. Divan ali qanunverici orqanın "bastainfo.com” saytı və saytın baş redaktoru Mustafa Hacıbəyli barədə ölçü götürülməsi ilə bağlı Mətbuat Şurasına göstəriş verməsini qanunvericiliyə zidd addım və mətbuata basqı kimi dəyərləndirib.

Türkiyənin Böyük Birlik Partiyasının başqanı Mustafa Dəstəçi başda olmaqla nümayəndə heyəti ilə Müsavat Partiyasının Mərkəzi qərargahında keçirilən görüş barədə Müsavat başqanı Arif Hacılı məlumat verib.

Məlumatlardan sonra Divanda bir sıra məsələlər müzakirə olunub.

Müsavat Partiyası ölkədə fərqli fikrə ehtiyacın daha da artdığını nəzərə alaraq, dövlət büdcəsindən maliyyələşən İctimai TV-yə bir daha öhdəliklərin xatırladaraq, Müsavat Partiyasına həftədə 1 saat olmaqla efir vaxtı ayrılmasını tələb edib.

Müsavat Partiyası qondarma ittihamlarla saxlanılan fəalların – Amid Süleymanov, Elvin Muxtarov və Anar Abdullanın həbsini qətiyyətlə pisləyərək, gənclərin dərhal azadlığa buraxılmasını tələb edib.

Müsavat Partiyası Azərbaycan Konstitusiyasını və beynəlxalq normaları əsas tutaraq, Xəzər dənizi kənarında kütləvi hasarlanmanı özbaşınalıq kimi qiymətləndirib. Sahil boyu bütün hasarların sökülməsini, vətəndaşların Azərbaycanın təbii sərvətlərindən bərabər istifadəsinə şərait yaradılmasını tələb edib.

Divanda geniş müzakirə olunan məsələlərdən biri kimi son günlər Bakı şəhərində tarixi abidələrin sökülməsi ilə bağlı olub. Müsavat Partiyası Azərbaycan hakimiyyətini bu vandalizm hərəkətlərinə son qoymağa çağırıb.

Daha sonra 18 oktyabr müstəqilliyimizin 25 illiyi ilə bağlı tədbirlər planının hazırlanması və həmin günün xüsusi qeyd olunması üçün silsilə tədbirlərin keçirilməsi barədə qərar qəbul olunub

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300