Mehriban Vəzir: "Bu, ədalətin bərqərar olması demək olardı”

ABŞ, Türkiyə və s. ölkələrdə dövlət quruculuğunda yaxından iştirak edən siyasi xadimlərin şəkillərinin həmin ölkələrə məxsus milli valyutaların üzərində əks edildiyi hər kəsə bəllidir. Hansı ki, illər öncə Azərbaycanda da Məmməd Əmin Rəsulzadənin şəkli milli valyutamızın üzərində əks edilmişdi və yalnız bəlli bir müddətdən sonra bundan imtina edildi.

Maraqlıdır, Rəsuzladənin şəklinin milli valyutamızda əks edilməsinə ehtiyac varmı? Bu, Azərbaycanın Rəsulzadə və onun timsalında bu dövləti var edən digər cümhuriyyət qurucularına sonsuz ehtiramın təzahüri ola bilərmi?

Moderator.az-a açıqlama verən tanınmış yazıçı-publisist Mehriban Vəzir belə bir addımın atılmasına zərurət olduğunu vurğuladı:

"Buna böyük ehtiyac var. Bu, belə də olmalıdır. Bu, bir ədalət olardı. Bu, haqqı olan insanların haqqını vermək olardı. Amma təəssüf ki, bu gün vəziyyət fərqlidir. Indiki idarəetmə cümhuriyyətçiləri qəbul etmir. Onlar özlərini cümhuriyyətin deyil, Nərimanovçuların davamçıları hesab edirlər. Onlar "Azərbaycanın səadəti Rusiyadadır” deyənlərin davamçılarıdır. 
Doğrudur, onlar bunu açıq şəkildə dilə gətirmirlər, amma idarəetmədə iştirak edənlərin bioqrafiyasında bunların hamısı açıq şəkildə görünür. Buna görə də qeyd etdiyiniz məsələ reallaşacaq, amma indi yox. Bunun üçün demokratik düşüncəli insanların hakimiyyətdə təmsilçiliyi zəruridir”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300