Rusiyalı politoloq:
 
"Hazırda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində iki məsələ - Dağlıq Qarabağın və ətraf rayonların statusu müzakirə edilir".
 
APA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri rusiyalı politoloq Sergey Markedonov deyib. O bildirib ki, danışıqlar prosesində böyük dəyişikliklər görmür: "Həmsədrlər tənzimlənmənin əsası kimi baza prinsipləri üzərində təkid edirlər. Elə bu günlərdə həmsədrlər öz müqəddəratını təyinetmə, ərazi bütövlüyü və gücdən istifadə etməmək prinsiplərinin bərabər olduğu bildirilən bəyanat verdilər. Biz burada da əhəmiyyətli dəyişikliklər görmürük”.
 
Politoloqun sözlərinə görə, münaqişə tərəfləri arasında zorakılığın artması və kompromisin olmaması təhlükəlidir: "Vyanada aparılan danışıqlar diplomatik prosesi müəyyən səviyyəyə qaytarmaqdan ibarət cəhd idi. Lakin mən yaxın zamanlarda keçmişdə baş vermiş zorakılıqların təkrarlanmayacağı təminatını verə bilmərəm”.
 
Dağlıq Qarabağın müəyyən mərhələdə danışıqlar masasında qayıtması ilə bağlı rusiyalı həmsədr İqor Popovun fikirlərinə münasibət bildirən S. Markedonov qeyd edib ki, yenilənmiş Madrid prinsiplərinin sonuncu bəndi elə məhz bundan bəhs edir: "Bu bənd Qarabağın statusu ilə bağlı mütləq hüquqi referendumdan bəhs edir. Ümumiyyətlə, bu, qarabağlıların öz talelərini özlərinin müəyyənləşdirməsini ehtiva edir, lakin problem ondandır ki, həmsədrlər və onların arxasında duran ölkələr bu qərarı Azərbaycanın razılığı olmadan həyata keçirə bilməzlər. Azərbaycan Konstitusiyasına əsasən ölkənin müəyyən bir ərazisində referendum keçirilə bilməz. Ona görə də Dağlıq Qarabağın tezliklə danışıqlar prosesinə qoşulacağına inanmıram, çünki bu, kifayət qədər çətindir. Lakin Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi tənzimlənmənin əsas prinsipi kimi gündəlikdə olacaq. Ümumiləşdirsək, iki məsələ - Dağlıq Qarabağın statusu və ətraf rayonların Azərbaycanın nəzarətinə qaytarılması məsələləri müzakirə edilir”.
 
Sonda politoloq bildirib ki, etimad quruculuğu tədbirləri hazırda sıfır səviyyəsindədir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300