Ermənistanda 4 günlük müharibəyə görə həbslər
 
Ermənistan İstintaq Komitəsi Müdafiə Nazirliyinin rəhbərliyində həbslər barədə məlumat yayıb.

Virtualaz.org xəbər verir ki, məlumata əsasən bəzi yüksək vəzifəli hərbçilər ötən axşam həbs edilib. "Rəsmən təsdiq edirəm ki, mayın 30-da axşam general Mels Çilinqaryan, polkovniklər Mqer Papyan və Armen Marqaryan həbs olunublar. Həbslər iki müxtəlif cinayət işinin istintaqı çərçivəsində həyata keçirilib. Söhbət aşağı keyfiyyətli malların alınması, bəzi hallarda şişirdilmiş qiymətə alınması faktları ilə bağlı qaldırılmış cinayət işlərindən gedir”-İstintaq Komitəsinin rəsmisi Sona Tuzyan bildirib.

Xatırladaq ki, general Mels Çilingəryan Ermənistan Müdafiə Nazirliyinin silah idarəsinin rəisi olub. O, bir neçə gün əvvəl işdən azad edilmişdi. Mayın 18-də isə Müdafiə Nazirliyinin avtomobil xidmətinin rəisi, polkovnik David Abramyan həbs olunub. Habelə aprelin sonlarında Ermənistan Müdafiə Nazirliyinin üç generalı işdən qovulub.

Müdafiə Nazirliyinin rəhbərliyində bu işdən qovulmalar və həbslər aprelin əvvəllərində Qarabağa gedən 4 günlük hərbi əməliyyatlar zamanı Ermənistan ordusunun verdiyi itkilər, habelə ordunun təchizatı ilə bağlı üzə çıxan acınacaqlı vəziyyətlə bağlıdır.

Habelə bu hərbi əməliyyatlar zamanı qaçıb gizlənən, ancaq döyüşlər dayanandan sonra üzə çıxan erməni polkovnik, Mataqik polkunun komandiri Arutyun Əmirxanyan işdən azad edilib. O, Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi Yuri Xaçaturovun qohumudur.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300