Azərbaycanda kafeyə basqın: ofisiant qız oğurlandı (FOTO)
 
Mayın 27-də Xırdalan şəhərində müdhiş cinayət hadisəsi baş verib. 

Aznews.az xəbər verir ki, təxminən 20 nəfər gənc şəhərin mərkəzində yerləşən (Heydər parkı ilə üzbəüz) "Park" adlı kafeyə hücum edib. Sərxoş vəziyyətdə olan dəstə üzvləri kafeni darmadağın edərək, sahibkara külli miqdarda ziyan vurublar. Bundan sonra obyektə rəhbərlik edən iki gənci kafedən çıxararaq, yolun ortasında vəhşicəsinə döyüblər. Bundan sonra kafedə ofisiant işləyən gənc xanımı avtomobilə oturdaraq aradan çıxıblar. 

Əllərində bıçaqlar oynadan mütəşəkkil dəstənin bu xuliqanlığı parkda istirahət edənlərin, eləcə də ətrafda yaşayanların təşvişinə səbəb olub, hadisə yerinə çoxlu insanlar yığışıb. Buna görə də şəhərin əsas yollarından biri yarım saat ərzində bağlı qalıb. Maraqlıdır ki, yerli polisin 24 saat xidmət aparmalı olduğu ərazidə baş verən bu biabırçı olay onların gözündən "yayınıb". Yalnız sakinlərin 102 xidmətinə zəngindən sonra əraziyə Post Patrul Xidmətinin əməkdaşları gəliblər. Həmin vaxta qədər isə dəstə üzvləri avtomobillərinə əyləşərək aradan çıxıblar. Şahidlərinin bildirdiyinə görə, hadisə yerinə gələn polislər müəyyən sorğu-sualdan sonra dəstə üzvlərini tanıdıqlarını deyiblər. Bildiriblər ki, həmin dəstə Abşeron ərazisində tez-tez belə hadisələr törədir, özlərini kriminal avtoritetlər kimi təqdim edirlər, "söhbətlərə" gedirlər. Guya dəstəyə Kamran adlı bir şəxs rəhbərlik edir. Polislər söhbət əsnasında onu da bildiriblər ki, həmin şəxs bir müddət əvvəl ev yarmaqda suçlu bilinərək bir aylıq həbs olunub. 

Məsələ ilə bağlı Abşeron Rayon Polis Şöbəsinin növbətçi hissəsi ilə əlaqə saxladıq. Növbətçi əməkdaş məsələdən xəbərsiz olduğunu, bununla bağlı heç bir açıqlama vermək istəmədiklərini bildirdi.







Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300