Sabiq nazir müavininin dələduzluq yolu ilə küllü miqdarda pullarını mənimsədiyi insanlar
 
1. Atabəy kolxozunun sədri Qurban Məsimov- 1 milyon ABŞ dollarını A.Aslanovdan ala bilmədiyi üçün ürəyi partlayıb ölüb.
 
2. "Yeni Həyat" kənd sakini Cahangir adlı şəxs- 180 min ABŞ dollar. Cahangir müəllim verdiyi pulun müqabilində cəmi 50 gün işıq idarəsinin müdiri işləyib, pulunu A. Aslanovdan ala bilmədiyi üçün ürəyi partlayıb ölüb.
 
3. Çinarlı qəsəbəsində yerləşən şərab zavodunun direktoru Süleymanov Fəxrəddin İsmayıl oğlu-700 min ABŞ dolları, o, müəmmalı şəkildə avtomobil qəzasına düşərək həlak olub?!
 
4. A. Aslanov Gəncə Kənd Təsərrüfatı Akademiyasının rektoru Məmmədtağı müəllimdən 600 min ABŞ dollar alıb qaytamayıb.
 
5. Şəmkir rayon "Avtobaza"sının direktoru Verdiyev Elman- 200 min ABŞ dolları. Elman Verdiyev A. Aslanova pul verdikdən sonra müəmmalı şəkildə vəfat edib(deyilənlərə görə zəhərlənib).
 
6. A. Aslanov Dəllər-Cəyir kənd sakini Nəriman adlı şəxsdən 100 min ABŞ dolları alıb qaytarmayıb.
 
7. A. Aslanov Kolxoz kənd (Bayramlı kəndi) sakini Şükür adlı şəxsdən 200 min ABŞ dolları alıb qaytarmayıb.
 
8. A. Aslanov Şəmkir rayon Maliyyə İdarəsinin sabiq müdiri Nazim Məlikovdan 400 min ABŞ dolları alıb.
 
9. A. Aslanov Şiştəpə kənd sakini ("Meyvə"-"Frukt" Axmed ləqəbli) Əhməd adlı şəxsdən 200 min ABŞ dolları alıb qaytarmayıb. Deyilənlərə görə, bu şəxsin Sank-Peterburqda meyvə bazası var.
 
10. A. Aslanov Şəmkir rayon Zəyəm qəsəbəsində yerləşən Kənd Maşın İstehsalı zavodunun sabiq direktoru Hidayət İsmayılovdan 400 min ABŞ dolları alıb. H. İsmayılov da A. Aslanovdan pulunu ala bilmədiyi üçün ürəyi partlayıb ölüb. Deyilənlərə görə, A. Aslanov H. İsmayılovun hüzr məclisində iştirak edən zaman mərhumun həyat yoldaşı deyib: "Aslan müəllim, bazim pulumuzu qaytar". A. Aslanov isə bildirib ki, "Pulu Hidayət ölməmişdən bir neçə gün əvvəl ona qaytarmışam".
 
11. "Tumen Füzuli" ləqəbli Zəyəm-Cırdaxan kənd sakini A. Aslanovla kafedə çay içdikləri zaman əvvəlcədən qurulmuş plana əsasən kimsə (A. Aslanova ən yaxın şəxslərdən biri) A.Aslanovun telefonuna zəng vurur, bu zaman A. Aslanov ayağa qalxır, telefonla danışa-danışa pencəyin yaxasını bağlayır, fərağat vəziyyət alır, guya ulu öndər H.Əliyevlə danışır və deyir: "Cənab Prezident, mən Gəncə şəhərinə başçı getməyə hazıram, öz yerimə siz dediyiniz kimi layiqli şəxsi tapmışam bu, "Tumen Füzuli" ləqəbli Füzuli müəllimdir. O, çox imkanlı iş adamıdır. Cənab prezident, o, müdafiə fonduna 1 milyon ABŞ dolları yardım etməyə hazırdır, göndərirəm sizin yanınıza". A. Aslanov daha sonra fırıldaq(dələduzluq) edərək telefonda deyir:"Cənab prezident, deyirsiniz pulu özüm gətirim, oldu!". Füzuli isə bildirir ki, o rayon icra hakimiyyətinin başçısı olmaq istəmir. A.Aslanov ona deyir:"Mən kişiyə söz verdim, deyilən məbləği verməsək, hər ikimizi məhv edərlər".
 

Redaksiya aşağıdakı suallara cavab axtarır:
 
1. Şəmkir rayonunda daha kimlər A.Aslanovun qurbanı olublar?
 
2. A.Aslanov oğlu Ruslanın faciəli ölümünün əsl səbəbələrini gizlədib və bu ölümə siyasi mativlər verərək kimdən küllü miqdarda pul almaq istəyib?
 
3. A.Aslanovun yaxınları Gürcüstanın Ali məktəblərinin saxta diplomlarının Şəmkirdə satışını necə təşkil ediblər?
 
4. A.Aslanov həmin saxta diplomları necə əldə edib və bu işdə Gürcüstan vətəndaşı olan vəzifəli şəxs ona necə yardım edib?  

 
Bəhlul Orucoğlu-milletinsesi.info


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300