Savçenko:
Bu gün Rusiya prezidenti Vladimir Putin tərəfindən əfv edilən ukraynalı pilot Nadejda Savçenko Kiyevin Borispol aeroportunda böyük coşqu ilə qarşılanıb.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Savçenko keçmiş baş nazir Yuliya Timoşenkonun gül buketini qəbul etməkdən imtina edib. O, aeroportda emosional çıxış edib.

"Mən ölənləri geri qaytara bilmərəm, amma öz həyatımı yenə döyüş meydanında qoymağa hazıram. Hər şeyi edəcəm ki, məhbəsdə olanlar azadlığa çıxsınlar. Həyatımı Ukraynaya verməyə hazıram. Mən hələ də sağ qaldığım üçün müharibədə övladlarını itirən analardan üzr istəyirəm. Mənə yaxşılıq arzu edənlərə təşəkkür edirəm, sizin sayənizdə həyatda qala bildim. Mənə pislik arzulayanlara təşəkkür edirəm ki, sizin acığınıza sağ qaldım. Laqeyd insanlara da təşəkkür edirəm, siz mənə mane olmurdunuz”.

Heç kəsdən gül buketi qəbul etməyən Nadejda Savçenko onların anasına verilməsini istəyib. Savçenko bir neçə saatdan sonra geniş mətbuat konfransı keçirəcəyini deyərək, xüsusi zirehli maşınla aeroportun ərazisini tərk edib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300