Fransa Suriyanın Raqqa şəhərini yenə bombardman edib.
Musavat.com xəbər verir ki, Fransa Parisdəki qətliamın ardından İŞİD-in Suriyanın şimalında Raqqa şəhərində yerləşən bazasını üçüncü dəfə bombardman edib.
Fransanın müdafiə naziri açıqlama verərək, axşam saatlarında Fransanın 10 qırıcı təyyarəsinin İŞİD-in Raqqadakı bazasını bombaladığını bildirib.
Qeyd edək ki,Fransa İŞİD-in mövqelərinə birinci gün 20, dünən 16, bu gün isə 10 bomba zərbəsi endirib.
Aygün SƏFƏRLİ
Musavat.com