Quba rayon Təhsil Şöbəsinin müdiri barədə ŞOK FAKTLAR

Loğman Müslümovun direktor təyinatında rolu nədən ibarətdir?

 Direktor olmaq istəyən müəllimlərlə bağlı ölkə ərazisində imtahan keçirildi. Amma deyəsən, bu imtahan Quba rayon Təhsil Şöbəsinin müdiri Loğman Müslümov üçün arzuolunmazdır. Ona görə ki, bu şəxslə bağlı Uluyol.info-nun redaksiyasına edilən şikayət məktubunda bəzi incə məqamlara toxunulub. Verilən məlumatda bildirilir ki, Quba rayonunda RTŞ müdiri elan edib ki, müsahibə mərhələsi onun rəyindən asılı olacaq. Yəni kim keçmək istəyirsə, 5-8 min "görməli"dir. Qeyd olunur ki, hətta bəyan edilib ki, baxım-görümlərdən Nazirliyə də pay çatacaq.

Uluyol.info-ya verilən məlumatda qeyd olunur ki, RTŞ müdrinin əvvəlcədən müvəqqəti direktor təyin etdiyi adamların bəzisi imtahandan keçə bilməyib. Buna görə də, müdirin üstünə gələrək verdiklərini geri tələb edirlər. Loğman Müslümov isə bunun çıxış yolunu başqa cür tapıb. Belə ki, Həmin yerə biliyi ilə keçən şəxsləri ləkələməklə onları direktorluqdan kənarlaşdırmaq niyyətindədir. Bunun üçün müxtəlif damğalayıcı ifadələrə əl atan müdir çalışır ki,  rayonda və nazirlikdə biliyi ilə qalib gələn direktorlar barəsində pis rəy formalaşdırsın və nəticədə onlar müsahibə mərhələsini keçməsin. Belə olan da isə həmin yerlər vakant kimi qalmaqda davam eləsin. Bu isə RTŞ müdirinə sərf edir. Çünki, əvvəlcədən razılaşdığı  müəllimləri məktəbə müvəqqəti təyin etməklə vaxtı uzadacaq.

d6e2cd9f927e92f129ff3436d4ae98a9

Hətta bildirilir ki, müdir süni surətdə narazılar ordusu yaratmaqla məşğuldur. Belə ki, guya kəndlərdə camaat kənar yerdən gələ biləcək adamları kənddən qovacaq və məktəbə buraxmayacaqlar. Əsas səbəb isə, yuxarıda qeyd etdiyimiz kimidir.

Verilən məlumatların içərisində o da vurğulanır ki, RTŞ müdiri Təhsil Nazirliyi İcra Hakimiyyətinə, İcra Hakimiyyətini isə nazirliyə satır. Belə ki,  İcra Hakimiyyətinin rəsmilərinə deyir ki, imtahanı nazirlik keçirir, bizim heç bir qarışacağımız yoxdur. Nazirlik işləməyə imkan vermir. Naziliyə gedib məlumat verir ki, bəs İcra Hakimiyyəti işləməyə imkan vermir, sizin göndərdiyiniz adamları istənilmir. Belə olanda isə öz əməllərini həyata keçirir. Hətta bir neçə məktəb direktoru yerini faktiki gizlədib və vakanta çıxarılmadığı bildirilir.

Rayondakı mənbə Loğman Müslümovun maraqlı karyerasına da toxunub. Bildirir ki, gənc yaşlarından Quba rayonunun Vladimirovka kənd məktəbinə direktor təyin edilən bu şəxs Təhsil Şöbəsinin uzun müddət müdiri olmuş Süleyman Aslanovun ən yaxın adamlarında olub. Səbəbi Süleyman Aslanovla yaxşı badə və kef yoldaşı olması olub. Onun yaxşı məclislər təşkil etmək qabiliyyəti sayəsində müdir müavini postuna gətirilib. Baxmayaraq ki, həmin yer dövlət qulluğuna aiddir, amma uzun illər imtahan vermədən həmin yerdə işləyib. Kadr məsələlərinə baxan Loğman Müslümov Süleyman Aslanovun axırına çıxır və öz planını reallaşdırır. Belə ki, Loğman Müslümova hədsiz inamı olan Süleyman Aslanov müavininin diplomlarında heç bir problem olmamasını əmin etməsi nəticəsində bir neçə saxta diplomlu adam işə qəbul olunur. Sonradan həmin məlumatlar yuxarılara ötürülərək cinayət işi başlanılmasına nail olunur və Süleyman Aslanov vəzifəsindən çıxarılır. Maraqlıdır ki, birbaşa kard məsələlərinə cavabdeh olan L.Müslümov heç bir məsuliyyət daşımır. Əksinə o müdir vəzifəsinə gətirilir. Amma məlum deyil hansı xidmətlərinə görə.

Təhsil Şöbəsinin müdiri kimi bu şəxs indiyədək bir məktəbin qapısını açıb içəri girməmişdir. Yalnız icra başçısı kəndlərdə görüş keçirəndə, məktəblərə baş çəkir. Özü fərdi şəkildə heç vaxt məktəbə getmir.

 

Redaksiyamıza göndərilən səs yazısında çox şeylərə aydınlıq gətirilir:



 
00:00
01:54
 

 

 ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300