Göyçay sakinləri nədən narazılıq edir?
İlqar Mütəllibov evində ümumiyyətlə su xətti olmayan adamlara belə 200 manat borc yazıb


Bir qrup Göyçay rayon sakinləri Su-Kanal İdarəsinin müdiri İlqar Mütəllibovdan şikayətçi düşüblər.
 
Uluyol.info xəbər verir ki, Teymur Qarayev, Yalçın Məmmədov, Paşa Alıyev və Azər Rəhimov qeyd edirlər ki, sözügedən idarənin müdiri rayon sakinlərini bezdirib. 

Onlar bildirirlər ki, İlqar Mütəllibov saxta sənədlər hazırlayaraq, şişirdilmiş qiymətlər tətbiq etməklə əhalini soymaqla məşğuldur. «Bizi yaşadığımız evlərdə su olmadığı halda, debutor borc adıyla 200 manat pul yazılıb. Halbuki evimizdə heç bir zaman su olmayıb. Çünki suya maşınla alıb, istifadə etmişik». 

Rayon sakinləri vurğulayırlar ki, İlqar Mütəllibovun əməlləri bununla bitmir və onun qeyri-qanuni hərəkətlərindən yüzlərlə göyçaylı əziyyət çəkir. Göyçay Su-Kanal İdarəsinin müdirinin əməlləri rayon məhkəməsinin qərarı ilə də sübut olunub. «İlqar Mütəllibov "Azəraqrartikinti" ASC-nin Göyçay şəhəri Bəhəddin Mirzəyev küçəsindəki 6,2087 ha torpaq sahəsini özbaşına zəbt edib. Həmin yeri hasara aldırıb, bağ salaraq, tikinti işləri aparıb. Bununla əlaqədar, Göyçay Məhkəməsi 03 may 2016-cı il tarixli qərarı ilə təmir-tikinti-bərpa işərinin aparılmasına cavabdeh İlqar Mütəllibovun əraziyə daxil olmasına qadağa qoyub. Buna baxmayaraq, İlqar Mütəllibov məhkəmə qərarını qəsdən icra etməyərək, həmin əraziyə gedib tikinti işlərini davam etdirir.
 
Göyçay Məhkəməsinin icraçıları isə ondan qorxduqları üçün yaxın düşə bilmirlər və qətnaməni icra etməyə gücləri çatmır». 

Teymur Qarayev, Yalçın Məmmədov, Paşa Alıyev və Azər Rəhimov daha sonra İlqar Mütəllibovun Göyçay Su-Kanal İdarəsinə müdir təyin edilməsi heç də təsadüfi olmayıb. Onların iddiasına görə, idarə rəisi «Azərsu»da ona himayədarlıq edən şəxsə 50 min manat pul verib. «Bu adam vəzifəsinə ticarət obyekti kimi baxır. Əgər yoxlama aparılarsa, daha dəhşətli faktların üzə çıxması şübhəsizdir»

Göyçay sakinləri nədən narazılıq edir?
Uluyol.info


Göyçay sakinləri nədən narazılıq edir?
Göyçay sakinləri nədən narazılıq edir?

Uluyol.info

Göyçay sakinləri nədən narazılıq edir?

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300