Müsavat Partiyası bəyanat yaydı:
 
Müsavat Partiyası "Basta” xəbər portalına qarşı təzyiqlərin dayandırılmasını tələb edib. 

Partiyanın bununla bağlı yaydığı bəyanatda deyilir:

"Azərbaycanda söz azadlığına qarşı hakimiyyətin təzyiqləri davam etməkdədir. Milli Məclis "Basta” xəbər portalının və onun baş redaktoru Mustafa Hacıbəylinin barəsində ciddi ölçü götürülməsi haqqında Mətbuat Şurasına rəsmi müraciət edib. 

Müraciətdə iddia olunur ki, "Bastainfo.com” saytında dərc olunan "Milli Məclis haradadır?” sərlövhəli məqalədə parlamentin və deputatların şərəf və ləyaqətinə toxunan qərəzli fikirlər yer alıb. Halbuki həmin məqalədə nəinki hər hansı bir qərəzli fikir yer almayıb, əksinə, cəbhə xəttində hərbi əməliyyatların aparıldığı nəzərə alınaraq, münaqişənin qızışdığı dövrdə parlamentin bu məslədə passivlik nümayiş etdirməsi faktı haqlı olaraq tənqid olunub.

Müsavat Partiyası hesab edir ki, "Basta” xəbər portalına qarşı təzyiqlər, onun prinsipial mövqeyi və artan nüfuzu ilə bağlıdır. Müsavat Partiyası Milli Məclisin bu müraciətini Azərbaycanda müstəqil medianın susdurulmasına yönələn qanunsuz addım kimi qiymətləndirir, hakimiyyət orqanlarını tənqidə dözümlə yanaşmağa çağırır və söz azadlığına qarşı basqılara son qoyulmasını tələb edir”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300