ali karimli11
 

AXCP sədri Əli Kərimli Turan agentliyinə müsahibəsində Ədliyyə Nazirliyinin AXCP-nin qeydiyyatından imtinasına münasibət  bildirib. 

  Qərarın qanunsuz olduğunu bildirən Əli Kərimli qanunvericiliyə edilən dəyişikliklərin  siyasi partiyaların müstəqilliyinin əlindən alınmasına yönəldiyini qeyd edib.

  "Qanunvericiliyə edilən dəyişikliyə görə, qurultay keçiriləndə, yeni rəhbərlik formalaşdırılanda bunlar dövlət reyestrinə daxil edilməlidi. Əvvəl belə şeylər olmayıb. 1992-ci ildə "Siyasi partiyalar haqqında” qanun qəbul olunub və partiyalar qeydiyyatdan keçəndən sonra tam müstəqil fəaliyyət göstəriblər, Ədliyyə Nazirliyinə, hökumətə heç bir aidiyyəti olmayıb. Ola bilsin ki, bəlkə də gələcəkdə bizə tətbiq etmək üçün bu düzəlişi etdilər. Həmin düzəlişə əsasən, biz qurultayın sənədlərini təqdim etməliyik ki, yeni formalaşmış rəhbərlik dövlət reyestrinə daxil edilsin. Ədliyyə Nazirliyi bizim sənədlərimizi geri qaytarıb. Bəhanə ediblər ki, bu ad altında başqa adamlar – Razi Nurullayevin dəstəsi də Ədliyyə Nazirliyinə müraciət edib. Ədliyyə Nazirliyinin hərəkəti tam qanunsuzdur. Çünki Razi Nurullayev özü mətbuat konfransı keçirib, telekanallar da bunu yayıb, orada elan edib ki, mən onu AXCP-də sədr müavini vəzifəsindən uzaqlaşdırandan sonra özü AXCP-dən istefa verib. Yəni AXCP-yə heç bir aidiyyəti olmadığını milyonlarla vətəndaşın qarşısında ifadə edib. O cümlədən, onun ətrafında olan adamlar da ya uzun illər əvvəl Xalq Cəbhəsindən istefa veriblər, ya da partiyanın müvafiq strukturları tərəfindən təşkilatdan uzaqlaşdırılıblar. Yəni söhbət 5-6 nəfər vaxtilə Xalq Cəbhəsində olmuş və qanuni yolla partiyadan çıxarılmış adamlardan gedir ki, onların heç birinin AXCP adından danışmaq haqqı yoxdur” - Əli Kərimli vurğulayıb.

Bəs bu qərarın partiyaya hüquqi baxımdan təsiri, mənfi nəticəsi ola bilərmi sualını Əli Kərimli belə cavablandırıb:  "Bəli, hüquqi baxımdan ola bilər. Guya, bu məsələ mübahisəlidir, ona görə biz məhkəməyə müraciət edəcəyik. Amma, Azərbaycanda məhkəmələrin necə işlədiyi hamıya məlumdur. Məhkəmələrə rəhbərlik edən Ədliyyə Nazirliyi belə bir mövqe bildiribsə, deməli, məhkəmənin də nəticəsi əvvəlcədən bəllidir. Bu, birbaşa İlham Əliyevdən gələn siyasi tapşırıqdır. Yəqin ki, məhkəmələr də bu xətti davam etdirəcəklər. Hüquqi baxımdan, bütövlükdə bu proses perspektivdə Xalq Cəbhəsinin legitim strukturlarına problem yarada bilər. Amma biz Avropa Məhkəməsinə müraciət edəcəyik. Eyni zamanda, faktiki fəaliyyətimizi də davam etdirəcəyik. Qanuni şəkildə qeydiyyatda olanda bizə hər-hansı hüquqlar və imtiyazlar tanımayıblar ki, indi bizim qeydiyyatımıza problem yarananda həmin hüquq və imtiyazlar əlimizdən çıxsın. Əgər biz qanuni qaydada qeydiyyatdan keçib fəaliyyət göstərəndə ofisimiz olsaydı, indi narahat olardıq ki, hüquqi şəxs kimi bəlkə ofisdən istifadəmizə mane olarlar. Əgər hüquqi şəxs olaraq, qeydiyyatdan keçən zaman dövlət maliyyələşməsinə yaxın buraxılsaydıq, indi düşünərdik ki, qeydiyyatımız ləğv olunandan sonra dövlət maliyyələşməsindən kənar qalarıq. Yaxud ölkədə proporsional seçki sistemi olsaydı, o zaman fikirləşərdik ki, seçkidə iştirak üçün bizə müəyyən problemlər yarana bilər. Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının qeydiyyatda olmağı faktiki bizə hüquqi çərçivədə hər-hansı üstünlük tanımır. Məsələn, bir çox təşkilatlar var ki, onların qeydiyyatı yoxdur, amma onlarla bizim faktiki fəaliyyətimizdə heç bir fərq yoxdur. Hər cür basqı altında fəaliyyət göstəririk. Bizim fəaliyyətimiz əsasən, əhali, rayon təşkilatları arasında, sosial şəbəkələrdədir, kütləvi aksiyalardadır, media ilə işdir”.

ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300