amid suleymanov

Polislər gənc fəalı evindən aparıblar

Mayın 25-də gənc fəal Amid Süleymanov yaşadığı mənzildən aparılıb. Bu barədə məlumatı onun atası Yusif Süleymanov verib. Atasının sözlərinə görə, gecə saatlarından etibarən müxtəlif şəxslər yaşadıqları mənzilə gələrək, başqa-başqa şəxsləri soruşublar, şikayət olduğunu deyiblər: "Deyirdilər, açın qapını, qol çəkdirib gedəcəyik. Üç dəfə 102-yə məlumat verdim. Sonra qapını açdım. Bir nəfər polis, 5-6 nəfər də mülki geyimli şəxs evə doluşdu. Kompüterini, telefonunu götürdülər, evdə axtarış apardılar. Sonra da Amidi götürüb getdilər”.

Yusif Süleymanovun sözlərinə görə, oğlunu hansı səbəbdən apardıqlarını deməyiblər. Yalnız 5-ci polis bölməsinə aparıldığını bildiriblər.


 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300