Qadına əllə salam caiz deyil, amma...

 

Kənan Rövşənoğlu: "Bir kişinin qadınla əllə salamlaşması ümumi olaraq haramdır”


 

Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlunun həyat yoldaşı Sarə Davudoğlu prezident Ərdoğanın nazir damadı (kürəkən) Berat Albayraka əl uzadıb salamlaşmaq istəyib. Lakin xanımın əli havada qalıb. Gənc nazir sırf dini inancı üzündən Sarə Davudoğlu ilə əl tutuşmayıb, guya ki, bu, müsəlmanlığa ziddir, naməhrəm qadınla fiziki təmas ola bilməz. 

Maraqlıdır, doğrudanmı İslamda qadınla əl sıxışıb salamlaşmaq haramdır?

İslamda "salam” termini "səlimə” kökündən olub, maddi və mənəvi çətinliklərdən xilas olmaq, sülh və sağlamlığa qovuşmaq arzusudur. Ümumilikdə salamlaşma yalnız İslam aləmində deyil, bütün xalqlarda olub. Lakin bu hörmət ifadəsi müxtəlifliyi ilə fərqlənib: təzim, diz üstə çökmək, əl ilə salamlaşma, papaq çıxartma, əllərlə müxtəlif hərəkətlər və sairə. Azərbaycanda isə insanlar salamlaşarkən daha çox əl sıxırlar. Gün ərzində dəfələrlə həyata keçirdiyimiz əlsıxma hərəkəti "salam” ifadəsi olmadan belə, o mənanı ifa edir. Əlsıxma prosesinin də tarixinə nəzər yetirsək əslində bu prosesin döyüş tarixi ilə bağlı olduğunu görərik. Belə ki, qədimdə kişilər hər zaman üstlərində bir silah gəzdirirdilər. Həmin silah da mütləq sağ əldə olmalı idi. Xoş məqsədlə rastlaşan kişilər əldə silah olmadığını bildirmək üçün boş sağ əllərini bir-birinə təqdim edib sıxırdılar. Sonradan bu vərdiş görüşmək nümunəsinə çevrildi. İndi isə yalnız kişilər bir-biri ilə əllə salamlaşmır, həm də qadınlara da arada əllə salam verirlər. Bunun isə səbəbi İslamda naməhrəm kişinin qadınla əllə görüşməsinin caiz, yəni haram sayılmasıdır. Bir çox İslam alimləri müasir dövrün tələblərinə uyğun olaraq qadın və kişinin əllə salamlaşmasında qəbahət görmədiklərini desələr də, əksəriyyət bu fikirlə razılaşmır. 


Dini ekspert Kənan Rövşənoğlu əllə salamlaşmanın haram olduğunu dedi: "Bir kişinin qadınla əllə salamlaşması ümumi olaraq haramdır. Yəni bir kişinin və ya qadının ona məhrəm olmayan, yəni yaxın qohumluq və doğmalıq əlaqəsi olmayan adamla əl tutması günahdır. Amma son illərdə bəzi İslam alimləri müasir şərtləri nəzərə alaraq əllə salamlaşmaya icazə verirlər. Bu səbəbdən də Türkiyədə dindar kimlikli adamlar da əl tuturlar”.

Salamlaşma bütün dünyada fərqlidir. Məsələn, çinlilər  baş əyir, ancaq onlar əllərini bədən boyunca uzadırlar. Hindistanda  salamlaşma qaydasına görə hörmət əlaməti olaraq əlləri bərabərləşdirib sinəyə tuturlar, ərəblər əllərini sinələrinin üstünə qoyurlar, sirli tibetlilər sağ əllə papaqlarını çıxarır, sol əllərini isə qulağın arxasına qoyub dillərini göstərirlər. Ruslar, avropalılar və amerikalılar salamlaşarkən dost cesti kimi əl verirlər. Sağ əli uzatmaq, yəni silahım yoxdur, niyyətim safdır deməkdir. Fransada qeyri-rəsmi şəraitdə, hətta az tanış olan insanlar belə salamlaşarkən və sağollaşarkən öpüşürlər və yanaqları ilə toxunaraq havaya birdən beşə qədər öpüş göndərirlər. Bir sıra Afrika tayfalarının nümayəndələri üzbəüz gəldikləri adama tüpürürlər, bu, onlarda ədəbsizlik yox, hörmət göstəricisi sayılır. //musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300