Ermənistan prezidenti Serj Sərkisyan bu gün Müdafiə Nazirliyinin daha bir generalını aprel döyüşlərinə görə vəzifədən azad edib.

Virtualaz.org xəbər verir ki, Sərkisyanın fərmanına əsasən general-mayor Mels Çilingəryan Müdafiə Nazirliyinin silah idarəsinin rəisi vəzifəsindən azad olunub. Fərmanda generalın işdən azad edilməsinin səbəbi göstərilməyib, ancaq heç bir şübhə yoxdur ki, səbəb aprel döyüşləri zamanı Ermənistan ordusunun təchizatında üzə çıxan acınacaqlı vəziyyətdir.

Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyinin maddi-təchizat idarəsinin rəisi, general-leytenant Alik Mirzəbekyan, Baş Qərargahın kəşfiyyat xidməti rəhbəri general-mayor Arşak Karapetyan, nazirliyin rabitə və əlaqə idarəsinin rəisi, general-mayor Komitas Muradyan vəzifəsindən kənarlaşdırılmışdı. Ordunun avtomobil xidmətinin rəisi həbs olunmuşdu. Habelə qondarma "DQR müdafiə nazirliyi” işğalçı qüvvələrin komandir heyətində cəza tədbirləri görür. Xəbər verildiyi kimi Ağdərədəki Mataqis polkunun komandiri də aprel döyüşlərində aradan çıxdığına görə vəzifəsini itirib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300