Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Rusiyanın sərnişin təyyarəsinin Misirin Sinay yarımadasında partlayışa cəlb olunan terrorçuların tapılmasına kömək edəcək informasiyaya görə 50 milyon dollar mükafat təyin edib.

 

Publika.az "İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə FTX-nin ictimai əlaqələrinin mərkəzindən bildirilib.

 

Qeyd edək ki, FTX-nin başçısı Aleksandr Bortnikov Rusiya təyyarəsinin terror aktının qurbanı olduğunu açıqlayıb. "Demək olar ki, bu, terror aktıdır”, - Bortnikov vurğulayıb.

 

Onun sözlərinə görə, ekspertiza qəzaya uğrayan təyyarənin qırıntılarında partlayıcı maddələr aşkar edib. Aleksandr Bortnikov bildirib kii, trotil ekvivalenti 1,5 kiloqrama qədər olan əldəqayırma partlayıcı qurğunun partlayışı laynerin qəzasının səbəbi olub.

 

Rusiya prezidenti Vladimir Putin Misirin Sinay yarımadasında Rusiya təyyarəsinin qəzasının səbəbləri ilə bağlı aparılan araşdırmanın nəticələrinin açıqlandığı  müşavirədə deyib ki, sərnişin  təyyarəsinin partlayışına cəlb olunan terrorçular planetin istənilən nöqtəsində tapılacaq və cəzalandırılacaq.

 

Qeyd edək ki, "Koqalımavia” şirkətinə məxsus "Airbus 321" layneri oktyabrın 31-də Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburqa uçarkən Sina yarımadasının şimalında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 217 sərnişin və 7 ekipaj üzvü olub. Onlardan heç biri sağ qalmayıb.

 

Ömər Dağlı

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300