Vəhdət Partiyası qapalı qurultay keçirərək Tahir Kərimlinin yenidən qurumun rəhbəri seçib. Qurultay barədə danışan Tahir Kərimli bildirib ki, partiyadaşları ondan partiyaya dayaq olmağı istəyiblər və deyiblər ki, əgər o, yenidən partiyanın sədri olmasa Vəhdət Partiyası Müsavat Partiyası kimi dağılacaq.

Müsavat Partiyasının təşkilat şöbəsinin müdiri, Divan üzvü Razim Əmiraslanov isə moderator.az-a açıqlamasında bildirdi ki, Tahir Kərimli uğursuz zarafat edib:

"Tahir Kərimli çox uğursuz bir zarafat edib. Açığı, adam özünü o qədər gülünc bir vəziyyətə gətirib çıxarıb ki, onun dediklərinə belə şərh veməyin özü mənasız bir şeydi. Tahir Kərimlinin rəhbərlik elədiyi partiyanın gücü Müsavat Partiyası Səbail rayon təşkilatının bir özəyinin gücü qədər deyil. Ona görə də onun sözləri həqiqətdən çox uzaqdır”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300