Uzun müddət cib telefonuna baxan insanlar göz yorğunluğundan şikayət edirlər. Mobil cihazların kiçik ekranlarına uzun müddət baxmaq bulanıq görmə, baş ağrısı, boyun və çiyinlərdə narahatlıq, göz quruluğu kimi fərqli problemler meydana gətirir.  Mütəxəsislər bunlardan qurtulmağın yolunu 20-20-20 yəni üç 20 qaydası olduğunu bildirirlər.


Normal olaraq dəqiqədə ən az 15 dəfə qırpılan gözlər kiçik ekranlı smartfonlara baxdıqda bu rəqəm yarıbayarı azalır. Daha əvvəldə bəhs etdiyimiz kimi bu hal sadəcə göz yorğunluğu yox əlavə problemlərdə yaradır. Bu problemler birlikdə Komputer Görmə Simptomu adlanır. Yeni texnologiyalar insanlardakı problemlerin ən aşağı səviyyəyə gətirilməsini hədəfləsədə hər yeni texnelogiya 1 problemi həl etmək əvəzinə 3 yeni problemidə özü ilə gətirir. Gündəlik həyatımızın artıq bir parçası halına gələn bu smartfonlardan imtina edə bilməyəcəyimizə görə mövcud problemlerin həll etmə yollarını düşünməliyik.

 

Burada köməyimizə üç 20 qaydası gəlir. Qısaca bu qayda mobil cihazları uzun müddət istifadə edən zaman hər 20 dəqiqədən bir 20 saniyə ərzində 20 metr məsafədəki bir əşyaya baxmaqla gözlərimizin istirahət etdirilməsidir. Bu qayda gözə çox faydalı olub daim təkrar edildiyi halda mobil cihazlardan qaynaqlanan problemlerin ən aşağı səviyyəyə endirəcəkdir. Lakin unutmamaq lazımdır ki, bu qayda tətbiq edildiyi halda göz yorğunluğu problemi keçməsə mütləq həkimə müraciət edilməlidir. //Hamar.az


Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300