1979-cu il təvəllüdlü,Cəbrayıl rayonu Mehdili kənd sakini,N saylı hərbi hissənin zabiti mayor Alıkişiyev Ruslan Telman oğlunun sizin köməyinizə ehtiyacı var!
Mayor Alıkişiyev Ruslan 1993-1996-cı illərdə C.Naxçıvanski adına Bakı Hərbi Liseyində,1996-2000-ci illərdə Azərbaycan Respublikası Slahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsil almışdır.Zabit kimi Gədəbəy,Qazax,Göygöl və Naxçıvanın düşmənləsərhəd bölgələrində torpaqlarımızın müdafiəsində iştirak edib.Xidmət zamanı mayor Alıkişiyevdə qan xərçəngi xəstəliyi aşkarlanıb.
Eyvazov adına Qanköçürmə İnstitutunda 2 kurs müalicə olunsa da sağlamlığında heç bir irəliləyiş olmayıb.15 iyun 2015-ci il tarixdən Müdafiə Nazirliyinin tərəfindən müalicə olunması üçün qardaş Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasına göndərilib.Lakin 17 avqust 2015-ci il tarixdən Müdafiə Nazirliyi tərəfindən vəsait köçürülmədiyindən müalicə yarımçıq dayandırılmışdır.
Həkimlərin diaqnozuna görə zabitimizin sağalması üçün ona mütləq şəkildə ilik köçürülməlidir.Bu köçürülmə üçün donor Amerikadadır və ümumilikdə iliyin köçürülməsi,müalicənin tam aparılması və zabitimizin sağlamlığına qovuşması üçün 250 000 USD(ABŞ dolları) tələb olunur.Bu vəsaitin ödənilməsi ailənin maddi imkanları xaricindədir.
Dəyərli izləyicilərimiz,əziz həmvətənlər,imkanlı şəxslər,bütün Şəhər və rayon İcra strukturları(bilirik ki,bizi gizli də olsa izləyirlər),iş adamları və yardımsevər sadə vətəndaşlar,hərbiçilər,dostlar,mayor Alıkişiyevi tanıyanlar,tanımayanlar fərqi yoxdur,Sizdən artıq dərəcədə xahiş edirik illərdir Vətənimizin,dövlətimizin keşiyində duran və bundan sonra da Azərbaycana,onun dövlətinə,millətinə sadiq olacağına əmin olduğumuz zabit qardaşımız mayor Alıkişiyev Ruslan Telman oğluna köməklik edək!
Düşünməyin ki,sizin verdiyiniz 5-10 manatla nə isə dəyişməyəcək.Əksinə "Dama-dama göl olar" deyib atalar.Hərəmiz 20-30-50 (fərqi yoxdur) manatdan yardım etsək tez bir zamanda bir hərbiçimizi həyata qaytarmış olacağıq!Bu ödəniş mütləq şəkildə yanvar ayının 15-nə qədər olunmalıdır,əks halda gecikmiş olacağıq!
Eyni zamanda onu da qeyd edək ki,mayor Alıkişiyevin böyük qardaşı Pəhlivan Alıkişiyev də torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və öz sağlamlığını itirmişdir.2-ci qrup əlildir.

Mayor Alıkişiyev Ruslana yardım etmək istəyən şəxslər aşağıda adları qeyd olunmuş şəxslərlə əlaqə saxlaya bilər:

Asəf Tahirov : (050) 646 41 71 Biləsuvar,4 saylı qəsəbə
Cabir Hüsüyev : (050) 309 10 06 Bakı şəhəri

Eyni zamanda Kapital Bankda zabitimizin atası Alıkişiyev Telman İsrafil oğlunun adına bank hesabı açılmışdır.

AD: Kapital Bank ASC Cəbrayıl rayon filialı
KOD: 200888
VÖEN: 9900003611
Müxbir Hesab: AZ37NABZ 01350100000000001944
S.W.I.F.T. : BİK AİİBAZ2X
Müştərinin adı: Alıkişiyev Telman İsrafil oğlu
Cari Hesab (AZN) : AZ08AİİB38010019448802569188

 
 
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300