"Çox vaxtı deyirlər ki, Əbülfəz Elçibəy siyasətçi olamayıb. Mən 1992-ci ildə Əbülfəz Elçibəylə bir yerdə işləmişəm. Rəhmətlik Əbülfəz Elçibəy Azərbaycan tarixində ən unudulmaz və böyük zəhməti rus qoşunlarını Azərbaycandan çıxartması olub. Bunu hər dövlət başçısı bacarmazdı”.

 

Bunu Qubada keçirilən 5-ci Qafqaz İqtisadi Forumunda çıxışı zamanı Milli Məclisin deputatı Vahid ƏIhmədov deyib. Həmin ərəfədə baş nazirin birinci müavini işlədiyini xatırladan Əhmədov, bunun üçün  çox əziyyətlər çəkildiyini bildirib.

 

"O dövrdə Azərbaycanda nə qədər təxribatlar tödətdilər ki, rus qoşunları buradan çıxarılmasın. Ancaq rəhmətlik Əbülfəz Elçibəy sonadək mübarizə apardı və bir nəfər rus əsgərini də Azərbaycanda qoymadı. Baxmayaraq ki, o dövrdə bizim imkanımız çox zəif idi və bizə silah-sursat verən yox idi. Buna baxmayaraq biz dövlətin müstəqilliyini qoruyub saxlaya bildik. Bu gün də həmin Azərbaycan 25 ildir ki, müstəqil dövlət kimi fəaliyyət göstəir”, - Əhmədov əlavə edib.//publika

 

Uluyol.info

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300