putin

Ukraynanın hava məkanında Malayziyaya məxsus sərnişin təyyarəsinin vurulması nəticəsində ölən insanların ailələri Rusiya prezidenti Vladimir Putini məhkəməyə veriblər.

2014-cü ildə baş vermiş hadisə nəticəsində 298 nəfər ölüb. Təyyarənin Rusiya istehsalı olan raketlə vurulduğu bildirilir. Ukrayna hökuməti və Qərb təyyarənin vurulmasında rusiyayönümlü üsyançıları ittiham edirlər.

Ölən insanların ailələri Putinin Avropa İnsan Haqları Məhkəməsi qarşısında cavab verməsini tələb ediblər. Ailələr hadisəyə görə Rusiya hökumətindən kompensasiya da istəyiblər. Hər bir ölən şəxsə görə 7.2 milyon dollar tələb olunub.

İddianamə ilə əlaqədar işə baxan amerikalı vəkil Cerri Skiner ailələrin tələblərini səsləndirib. "Qəza qurbanlarının ailələri və yaxınları üçün hadisənin cinayət olduğunu bilərək yaşamaq çətindir. Rusların hadisəyə görə Ukraynanı təqsirləndirməsinə heç bir əsas, heç bir fakt yoxdur. Bizim əlimizdə isə onlarla fakt, fotoşəkil, sənəd var”, – Skiner deyib.

Putinə qarşı qaldırılan iddida 33 nəfərin imzası var. Onlardan 8-i avstraliyalı, biri yeni zelandiyalı, qalanları isə malayziyalıdır. (anspress)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300