Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər facebook səhifəsində dünyada baş verənləri şərh etdi."Uluyol.info"statusu oxuculara təqdim edir:
 
 
  
 
                     
 
 
                            İnsanın yaşamaq haqqı - ən önəmli azadlıq!
 

    Bəşəriyyətin tarixini və inkişafını təhlil və təsnif etmək üçün müxtəlif yanaşmalar olub və var. Salnaməçilər şahların və sərkərdələrin xronikasına, tarixçilər qədim tarixdən ən yeni tarixə qədər dövrlərə, sosioloqlar ictimai-iqtisadi formasiyalara əsaslanıblar. İntellektuallar tarixi böyük elmi və texniki kəşflərə, kulturoloqlar sənət və mədəniyyət nümunələrinə görə mərhələlərə bölürlər. İqtisadçılar bəşəriyyətin inkişafını ümumi daxil məhsul və digər makroekonomik göstəricilərə görə təhlil etməyə üstünlük verirlər. Mənim bir dostum müasir dünyanın və ayrı-ayrı ölkələrin inkişaf səviyyəsini elektrik istehlakı göstəricisinə əsasən dəyərləndirirdi.
     Mən özüm düşünürəm ki, bütün tarix boyu bəşəriyyətin və ayrı-ayrı toplumların inkişaf səviyyəsinin ən önəmli göstəricilərindən biri fiziki əməklə və intellektual əməklə məşğul olanların nisbətidir, yəni intellektual əmək hesabına yaşayanların faizi dünyanın və ayrı-ayrı ölkələrin inkişaf səviyyəsini çox aydın şəkildə göstərir.
Amma, məncə, hamımız bilirik və hamımız razılaşmalıylq ki, bəşəriyyətin inkişafının ən üstün göstəricisi insan həyatına, insanın yaşamaq hüququna münasibətdir. Biz bəşər övladı olaraq, insan həyatının hətta bir mamontun ətinin bir tikəsi qədər qiymətləndirilmədiyi ibtidai icma dövründən – demokratik ölkələrdə insan həyatının hətta dövlət marağından üstün qiymətləndirildiyi bu günə kimi nəhəng bir yol keçmişik. Tarix boyu böyük mütəfəkkirlər insanın toxunulmazlığı, bir insan həyatının hər cür müharibə səbəblərindən önəmli olması kimi humanist fikirlər yayıblar. Demək olar ki, bütün dinlər (ən azı əsaslı səbəb olmadan) "insanı öldürmə” deyiblər. 
      Adətən facebook’da fikirlərimi qısa yazmağa çalışıram. Bu dəfə bir az geniş alındısa, qüsura baxmayın. Demək istədiyim budur ki, dünyada baş verən hadisələri, beynəlxaq prosesləri təhlil edərkən, müharibə, hərbi münaqişə, terror olaylarını qiymətləndirərkən, həm də bu hadisə və prosesləri, o cümlədən terroru qiymətləndirənləri qiymətləndirərkən bu amili diqqətdə saxlayın:
     Ən üstün dəyər insan həyatıdır. Insan həyatını öz çılız maraqlarına qurban verənlər güclü, qətiyyətli görünə bilərlər. Amma uğur da, inkişaf da, gələcək də insanın yaşamaq haqqını ən ali hüquq sayanlarındır."
 
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300