davudoglu-xanimi-binali

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) növbədənkənar qurultayında yeni sədr seçilən Binali Yıldırım səsvermədən əvvəl elədiyi çıxışda çətin anlar yaşayıb. Belə ki, çıxışı zamanı onun səsi tez-tez batıb. Bu səbəbdən çıxışında fasilələrə yol verməli olan Yıldırım vəziyyətdən zarafatla çıxmağa çalışıb. "Səsimin acığına sizinlə söhbətə davam edəcəm. Səs bata bilər, amma könüldən könülə uzanan yolları heç kim bağlaya bilməz” deyə o, zala xitab edib. Bununla belə, Binali Yıldırım sonradan çıxışını normal davam etdirə bilib. Qurultay izləyiciləri onun səsinin açıldığını hiss ediblər.

Türkiyə mediası xəbər verir ki, Binali Yıldırımı üzləşdiyi uğursuz vəziyyətdən keçmiş baş nazir və AKP sədri Əhməd Davudoğlunun xanımı Sara Davudoğlu xilas edib. Sədarətdən NTV müxbirinə bildirilib ki, səsi batan Binali Yıldırıma fasilə zamanı Sara xanımın hazırladığı xüsusi məhlul içizdirilib. Belə ki,  yeni sədrin səs probleminə görə çıxışını davam etdirə bilmədiyini görən xanım Davudoğlu elə zaldaca öz resepti ilə xüsusi məhlul hazırlayaraq, Binali Yıldırıma göndərib. Yıldırım məhlulu içəndən sonra səsi açılıb və çıxışını rahat davam etdirib.

 



Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300