Paruyr Hayrikyan: '' Sarkisyan heç bir tələfat olmadan da əraziləri verə bilərdi''
Ermənistan prezidenti Serj Sarkisyan yenə də tənqidə məruz qalıb. 

ANS PRESS-in məlumatına görə, ölkə rəhbərinin hərəkətlərindən bu dəfə "Milli müqəddəratını təyin etmə" birliyinin sədri Paruyr Hayrikyan narazı qalıb.

"Ermənistan prezidenti 800 hektar ərazinin itirildiyini bəyan edib"

Bu gün mətbuat konfransında çıxışı zamanı sədr bildirib ki, Ermənistan prezidenti 800 hektar ərazini itirilmiş hesab edirsə, onu tələfat olmadan da verə bilərdi. 

Paruyr Hayrikyan deyib ki, indi əsas məsələ həqiqətən həmin ərazilərin itirilib-itirilməməsi deyil. Əsas məsələ prezidentin xalqa yalan danışmasıdır. "Axı niyə əvvəldən xalqı aldadırdın? Əgər biz sülh yolu ilə gediriksə, onda prezident deməli idi: "Biz o halda danışıqları davam etdirəcəyik ki, 1994-ci ilin mövqeyini yenidən bərpa edə bilək". Hazırda da Sarkisyanın heç nə danışmaması öz yalanlarını bir daha ört-basdır etməsinə bir nümunədir".

Serj Sarkisyan - Ermənistan prezidenti

Mayın 17-də Vyanadakı görüşdən qayıdan Ermənistan prezidenti Serj Sarkisyan erməni KİV-indən birinə müsahibəsində ərazilərin itirilməsi mövzusuna toxunaraq qeyd edib ki, xəritə mövcuddur və hesablamalar aparılır. "Əgər nəyisə itirirsənsə, bunu başa düşmək lazımdır. Həmin ərazinin hansı əhəmiyyətə malik olmasından asılı olmayaraq bunu qəbul etməlisən, bu istər strateji, istər taktiki, istərsə də bir qədər psixoloji əhəmiyyətə malik olsa belə. Biz 800 hektara yaxın ərazi itirmişik", - deyə prezident vurğulayıb. 

Serj Sarkisyan jurnalistlərə müsahibə verərkən 

Ötən gün isə Ermənistan parlamentinin "İrs" partiyasından olan deputatı Zarui Postancyan da prezidentə qarşı aqressiv mövqedən çıxış edərək deyib ki, Sarkisyanın aprel döyüşlərində cəmi 800 hektar ərazi itirilməsi barədə bəyanatı hakimiyyətin bundan sonra da geri çəkilməyə hazır olmasından xəbər verir. 

Qadın deputatın sözlərinə görə, ərazilərin itirilməsi qondarma rejimin təhlükəsizliyini laxladıb. O həmçinin itirilən ərazilər arasında bir kəndin də olduğunu qeyd edib. 

Ermənistan tərəfinin rəsmi açıqlamalarında guya cəmi 800 hektar ərazini itirdikləri bildirilsə də, Azərbaycan tərəfdən azad edilən ərazilərin sahəsinin qəsdən azaldılması açıq-aydın görünür. Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, həqiqətdə Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300