Səhər saatlarında doğma şəhərə dönən Amil Qasımov böyük coşqu ilə qarşılanıb.

 

Kəpəz.tv (Region TV) xəbər verir ki, samboçunu qarşılamaq üçün Nizami məqbərəsinə idman ictimaiətinin nümayəndələri, Amilin məşq yoldaşları və yaxın dostları toplaşıb.

 

Gəncə sambo məktəbinin yetirməsi Rusiyanın Kazan şəhərində keçirilən Avropa çempionatında qızıl medala layiq görülüb.

 

1 saylı uşaq-gənclər idman məktəbindən Əli Hacıyevin yetirməsi olan Amil Qasımov karyerası ərzində 2-ci dəfə bu ada layiq görülüb.

 

Amil Qasımovun final görüşü xüsusi ilə seçilib. Səbəbsə idmançının rəqibinin erməni əsilli olan, ancaq Ukraniyanı təmsil edən samboçu olması idi.

 

Bu barədə danışan samboçumuz məsuliyyətli işin öhdəsindən layiqincə gəldiyi üçün çox sevincli olduğunu bildirib: "Mən finalda erməni əsilli idmançı ilə qarşılacağımı eşitdikdə, ona məğlub olmaq barəsində fikirləşmirdim. 9-0 hesabı ilə qalib gəldim və özümü bir yox, iki çempion kimi hiss etdim.

 

Qeyd edək ki, 30 yaşlı Amil Qasımov, 1 dəfə Dünya çemiponu, bununla yanaşı ilk dəfə Azərbaycanda baş tutan Avrop Oyunlarının gümüş medalına yüksəlib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300