Rusiya və Ermənistan arasında münasibətlər müttəfiq münasibətləridir, amma Azərbaycan ilə olan münasibətləri biz strateji tərəfdaşlıq kimi xarakterizə edirik.

Moderator.az "Novosti-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Moskvada erməni jurnalistləri ilə söhbət zamanı Rusiya Xarici işlər Nazirliyinin MDB ölkələrinin Dördüncü Departamentinin direktoru Aleksey Pavlovski bəyan edib.

"Hər iki söz yetərincə aydındır. Tərəfdaşlıq bizim qarşılıqlı fəaliyyət göstərdiyimizi, strateji isə bu qarşılıqlı fəaliyyətin uzun müddətli xarakter daşıdığını bildirir. Rusiya-Azərbaycan münasibətlərinin əsasını təşkil edən obyektiv amillər aydındır: coğrafi yaxınlıq, iqtisadi əlaqələr, Rusiyada nəhəng Azərbaycan diasporunun olması - bunları biz strateji tərfdaşlıq adlandırırıq.

Hərbi-siyasi ittifaqımız, qarşılıqlı yardım haqqında, o cümlədən də hərbi yardım haqqında bir sıra müqavilələrimiz olan Ermənistandan fərqli olaraq, Azərbaycan Rusiyanın müttəfiqi deyil”, - Pavlovski qeyd edib.

Diplomatın sözlərinə görə, fərq məhz bundadır, Ermənistan və Azərbaycan ilə münasibətlərə eyni səviyyədə baxıldığını demək düzgün deyil.

"Əlbəttə, mühüm olan detallara çoxları varmır”, - Ruisya XİN nümaynədəsi Rusiyanın baş nazirinin müavini Dmitri Roqozinin, erməni cəmiyyətində heç də birmənalı qarşılanmayan, Azərbaycanın Rusiya ilə  starteji müttəfiq olmasına dair bəyanatının kontekstində bildirib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300