Alışanov gedir, yerinə Qulu Məhərrəmli gəlir? — İDDİA

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovun işdən çıxarılacağı, AzTV-də ciddi maliyyə yoxlamaları aparılacağı barədə xəbərlərdən sonra indi də belə söz-söhbətlər gəzir ki, Arif Alışanovun yerinə AzTV-yə rəhbər professor Qulu Məhərrəmli gətiriləcək.

 Ölkə.az-a məlumat verən və adının çəkilməsini istəməyən şəxs bildirir ki, professor Qulu Məhərrəmli ilə Arif Alışanov arasında açıq şəkildə tüğyan edən çəkişmələr Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədrinin vəzifədən getməsini daha da sürətləndirəcək.

Daxil olan informasiya ilə bağlı professor Qulu Məhərrəmli ilə əlaqə saxladıq. Qulu Məhərrəmli bildirdi ki, bu məlumat onun da qulağına gəlib çatıb.

Məsələnin detalları barədə heç nə deyə bilməyəcəyini bildirən Qulu Məhərrəmli qeyd etdi ki, gələcəkdə nə baş verəcəyini hər kəs görəcək.

Qeyd edək ki, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Sədri Arif Alışanovla AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, jurnalist Qulu Məhərrəmli arasında son günlər mediada gedən qarşılıqlı ittihamlardan sonra Arif Alışanov Qulu Məhərrəmlini məhkəməyə verib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300