suheyla_020_1000711810_n

Güney Azərbaycanda qadın milli fəal evindən oğurlanıb

Ötən bazar günü Güney Azərbaycanın Qəzvin şəhərində son zamanlar İranda Parlament seçkilərinə qatılmış, amma namizədliyi qəbul olunmayan Süheyla Kargər naməlum şəkildə yoxa çıxmışdır. Sonradan məlum olmuşdur ki, onu təhlükəsizlik qüvvələri oğurlamışlar. Süheyla Kargərə qarşı olduqca kobud hərəkətlər həyata keçirilmiş, həbs olunduğu an isə o, ağır zərbələrə məruz qalmışdır. Onun hansı maddə ilə ittiham olması hələlik naməlum qalmışdır.
 
Ümid Partiyasının sədr müavini Rüfət Muradlının redaksiyamıza verdiyi məlumata görə həbs olunduğu gündən beş gün sonra Süheyla Kargər nəhayət evinə telefon açaraq Tehranın siyasi məhbusların saxlanıldığı məşhur "Evin" həbsxanasında olduğunu ailəsinə bildirmişdir.
Qeyd etmək lazımdır ki, Süheyla Kargər evlidir və Elay adlı beş yaşlı övladı var. 22 may olaylarının ildönümü ərəfəsində Tehran rejimi milli fəallara qarşı repressiya siyasətinin yeni mərhələsinə start vermişdir.
 
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300