İstanbulda İranda türklərin təhqir olunmasına etiraz olaraq aksiya keçirilib
 
Türkiyənin İstanbul şəhərində İranda Azərbaycan türklərinin təhqir olunmasına etiraz olaraq aksiya keçirilib.
 
APA-nın məlumatına görə, Turançı Hərəkat Platformasının təşkil etdiyi mitinqdə güney azərbaycanlılarla yanaşı Türkiyənin bəzi milliyyətçi təşkilatlarının təmsilçiləri də iştirak ediblər.
 
Aksiya iştirakçıları İstanbulun  Çəmbərlitaş səmtindən İran İslam Respublikasının İstanbuldakı Baş Konsulluğuna yürüş ediblər.
 
Onlar "Azərbaycan bir olsun, istəməyən kor olsun!”, "Bakı-Təbriz-Ankara: yürüyürük Turana!” kimi şüarlar səsləndiriblər.
 
Baş Konsulluğun önündə çıxış edən Turançı Hərəkat Platformasının koordinatoru Həsən Kocabəy İranda türklərin  təhqir edilməsinə qarşı etirazlarının davam edəcəyini qeyd edib. O, bu etirazlara dəstək ifadə etmək üçün bugünkü aksiyanı keçirdiklərini bildirib.
 
Daha sonra Baş konsulluğunun önünə qara çələng qoyulub.  
 
Təhlükəsizlik qüvvələrinin əhatəsində keçirilən aksiya heç bir insident olmadan başa çatıb.
 
Turançı Hərəkat Platformasının Türkiyənin 10 vilayətindəki təşkilatları da bu gün eyni məzmunlu etiraz aksiyası keçirib.

 





Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300