Yaşadığım yer şəhərin mərkəzində olduğundan, yaxınlığımızda iki məşhur universitet, bir orta məktəb var. Gündəlik o məktəblərə gələn tələbə və şagirdlərin çoxu gözümün qabağından keçib gedirlər. Müşahidələr göstərir ki, universitetlərin tələbə qızları  orta məktəbdə oxuyan qızlarla müqayisədə çox mədəni və ədəb-ərkanlı geyinirlər. Acınacaqlı haldır ki, bu gün orta məktəbdə oxuyan azyaşlı qızlar məktəbə demək olar ki, yarıçılpaq gəlirlər. Onların geyimini ancaq bar qızlarının geyimi ilə müqayisə etmək olar. Elə bu səbəbdəndir ki, son vaxtlar şagird-müəllim münasibətləri əndazədən çıxaraq, neqativ məcraya yönəlmişdir. Məktəblərdə qız şagirdlərin  gənc müəllimlər tərəfindən cinsi   təcavüzə məruz qalmasının da köklərini məhz burada axtarmaq lazımdır.

 Narahatlıq yaradan hallardan biri də odur ki, bəzi atalar məktəbə yola saldıqları qızın geyiminə nəzarət etmirlər, ancaq hamilə qaldıqdan sonra saytlara müsahibə verməklə, şikayət etməklə öz vəzifələrini bitmiş hesab edirlər. Halbuki, həmin qızlar normal geyinib, intim yerlərini örtsəydilər, partada ədəb-ərkanlı otursaydılar gənc müəllimlərin hisslərini zorlamazdılar və sonda onları türmələrə salıb, bədbəxtliklərinə səbəb olmazdılar. 

Belə acınacaqlı vəziyyətin yaranmasında günahı olanlardan biri də məktəb direktorlarıdır. Onlar nə vaxt şagirdlərə öyüd-nəsihət etdilər ki, a bala, dərsə gələndə biraz  ədəb-ərkanlı geyinin; bura yevrovijin səhnəsi deyil, bar deyil, elm, mərifət ocağıdır. Burada dərs verən müəllimlər sizin atanız, babanız yaşında kişilərdir, öz geyiminiz, oturuşunuzla, duruşunuzla onlara hörmət qoyun! Orta məktəblərdə apardığımız müşahidələr göstərir ki, direktorlar bu nəsihəti şagirdlərə vermirlər. Versəydilər bu gün şagirdlərin geyimi bar qızlarının geyimindən fərqlənərdi və belə  biyabırçı hadisələr də baş verməzdi.

Bu situasiyanın yaranmasında valideyn və məktəb direktorundan sonra üçüncü günahkar rayon təhsil şöbələrinin müdirləridir. Onlar heç bir dəfə də olsun direktorlara tapşırıblarmı ki, şagirdlərin ədəbli geyinmələrinə nəzarət etsinlər?! Bir dəfə də olsun bu məqsədlə məktəblərdə reyd keçiriblərmi? Əslində bunu görmək üçün heç reyd keçirmək də vacib deyil. Sadəcə, məktəblərin yanından keçəndə həyətdə oynayan uşaqların "geyim”lərinə nəzər salmaq kifayətdir: yarıçılpaq yeniyetmə qızlara baxanda adamın üzünün abrı tökülür (əlbətdə, üzündə abır olanların). 

Elm ocaqlarında belə biabırçı halların yaranmasında günahı olanlardan biri də Təhsil Naziridir. Təəssüflər olsun ki, işlədiyi müddətdə Nazir bir dəfə də olsun şagirdlərin normal geyinməli olduğunu dilə gətirməyib (hər halda biz belə söhbəti onun dilindən eşitməmişik), bu barədə gərəkən tədbiri görməyib, tapşırıqlar verməyib. Əksinə, başını örtən qızların məktəbə buraxılmamasına göstəriş verib. Nəticədə məktəbləərdə belə xoşagəlməz vəziyyət yaranıb: şagirdər tək başlarını deyil, demək olar ki, bütün bədənlərini açıblar. 

Elə bilməyin ki, bununla mən məktəblilərin hamısının hicab bağlamasını təbliğ edirəm. Xeyr, düşünürəm ki, indiki dövrdə bu o qədər də vacib deyil. Amma bu o demək deyil ki, şagirdlər məktəbə yarıçılpaq, bar geyimində getməlidirlər?!
  Olmazmı, şagird qızlara nəzarət olunsun, bir qədər ədəb-ərkanlı geyinsinlər, özlərinin cinsi təcavüzə məruz qalmalarına şərait yaratmasınlar?! Axı bu yaş dövrü onların ən təhlükəli dövrü sayılır. Çünki, onlarda ilk oyanışlar baş verir və çox alovlu olurlar, heç nəyi gzə almırlar.

Azyaşlı məktəbli qızların cinsi təcavüzə məruz qalmasında sonuncu  (beşinci dərəcəli) günahkar həmin təcavüzü edən gənc müəllimlərdir. Onlar çalışdıqları müəssisənin elm-mərifət ocağı olduğunu, özlərinin müəllim olaraq başqalarına hər sahədə (elmdə, mərifətdə, əxlaqda) nümunə olmalarının vacibliyini dərk etməliydilər. Həmçinin,   özlərinin də bir valideyn olduqlarını, insanın etdiyi hər bir əməlinin gec-tez qarşısına çıxacağını dərk edib, iradə nümayiş etdirməli və o qız uşaqlarından gözlərini çəkməliydilər. Bunu etməyiblərsə, nəfislərini cilovlaya bilməyiblərsə, iradəsizlik ediblərsə, şübhəsiz ki, günahkardırlar və yuxarıda sadaladığım şəxslərlə birlikdə cəzaya layiqdirlər.
Burada yadıma İsa Peyğəmbərin bir əhvalatı düşdü: bir gün İsa Əleyhissəlam yolla gedərkən, bir dəstə  insanın əllərinə daş götürərək, bir nəfəri daşqalaq etməyə hazırlaşdıqlarını görür. Onlara müraciətlə: "Kim o şəxsin etdiyi günahı heç vaxt  etməyibsə, birinci olaraq daşı o atsın”. Nəticədə heç kəs daş atmır, çünkü hamısı eyni günahı gizlində törətmiş adamlar idilər. Sadəcə, öldürmək istədikləri şəxsin günahı təsadüfən aşkara çıxmışdı...

Bu gün məktəblərdə cinsi təcavüzə görə cəzalanan müəllimlərin halı həmin o daşqalaq etmək istədikləri bədbəxtin halına bənzəyir. Mən o müəllimləri qətiyyən müdafiə etmirəm və cəzalanmalarının tərəfdarıyam. Amma, qoy onları  o adamlar cəzalandırsınlar ki, onlar yuxarıda sadaladığım kimi,  öz vəzifələrini vicdanla yerinə yetirmiş olsunlar. 

Son olaraq, oğlanları pedoqoji ixtisasa yiyələnmiş valideynlərə tövsiyyə edərdim ki, uşaqları 35-40 yaşına çatmayınca (iradələri möhkəmlənməyincə) orta məktəblərdə müəllim işləmələrinə razılıq verməsinlər. Hazırki situasiyada bundan təhlükəli bir iş yoxdur məncə. Gözü çıxmış qardaşından ibrət almağın vaxtı çatıb hər halda.

Paşa Yaqub – tədqiqatçı yazıçı

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300