Ağdamın Qarabağ komandası yenidən Azərbaycan çempionu oldu

"Qarabağ" Ağdamla yanaşı işğal altındakı torpaqlarımızı həm ölkə çempionatında, həm də Avropada layiqincə təmsil edir.

Aprel ayının əvvəlindəki döyüş əməliyyatlarından sonra "Qarabağ" klubunun ən sadiq və ən güclü azarkeş qrupu olan "İmarət" cəbhə bölgəsində olub.

"İmarət" Azərkeş qrupu tələb edir ki, "Qarabağ" çempionluq kubokunu təmsil etdiyi torpaqlara aparsın, güllə altında yaşayan insanlara mənəvi dəstək olsun.

Bununla bağlı İmarət Azarkeş klubunun idarə heyətinin üzvü Elnur Quliyev Ölkə.az-a açıqlama verib:

"Bildiyiniz kimi komandamız 3-cü ildir ki ard-arda haqqı olan Azərbaycan çempionluğunu qazanır. Amma təəssüf ki, təmsil etdiyi şəhərdə yox, 370 km kənarda. Xatırlatmaq istəyirəm ki, biz-İmarət Azərkeş qrupu yarananda (2009-cu il) "Qarabağ”ımız 16 ildir ki, çempion ola bilmirdi. Nəhayət son çempionluqdan 21 il sonra, 2014-cü ildə bir daha çempion adına layiq görüldü. Yəni sözüm ondadır ki, bizlər bu komandanın çempion olmadığı illərdə belə, adının və təbliğatının vacibliyi baxımından dəstəkləmişik. Qısacası Qarabağ deyəndə yalnız futbol yada düşmür. Hə, bir də deyim ki, 21 il sonrakı çempionluq bizi nə qədər sevindirmişdisə, komanda artıq hər dəfə Ağdamsız çempion olanda bir o qədər üzülürük. Yəni məsələnin iki tərəfi var. Keçək mətləbə. Cəbhədəki son olaylar yəqinki hər birimizə məlumdur. Biz yoldaşlarla 3 gün bundan qabaq Ağdam və Tərtər rayonlarını ziyarət etmişdik. İndiki zamanda oradakı insanlarımızın və hərbçilərimizin mənəvi dəstəyə ehtiyacı olduğunu gördük. ”Qarabağ”ımız da Ağdamsız ilk dəfə çempion olanda komanda rəhbərliyinə kuboku Ağdam rayonuna aparmaqlarını təklif etmişdik. Bu nə cür baş tutdu hamı bilir. Nə isə, bu başqa məsələnin mövzusudur. Sözümün canı odur ki, mövcud vəziyyətdə komandanın kuboku Ağdama aparması və sevincini insanlarla paylaşması labüddür. Bilirsiniz, müharibə ancaq silahla aparılmır. Bunun ideoloji və mənəvi-psixoloji tərəfləri də var. Yaxın günlərdə "Avrovizion” musiqi yarışmasında ermənilərin nələr etdiyinin hamımız şahidi olduq. Bu sadəcə son etdikləridir. Çoxunu sadalamaq olar. Yəni, müharibəni sadəcə Müdafiə Nazirliyi, siyasəti yalnız Xarici İşlər Nazirliyi aparmır. Cəmiyyətimizin, insanımızın hər birinin payı olmalıdır bu məsələdə. Kimin əlindən nə gəlirsə onu etməlidir. Adamın üstündə Allah var, baş məşqçimiz Qurban müəllimin, futbolçularımız Rəşad Sadıxov və Qara Qarayevin bu məsələlərə həssas yanaşması həmişə hiss olunur. Ancaq kuboku Ağdama aparmaq məsələsi təşkilati məsələdir. Ona görə də, bunu komandanın idarəçiləri planlaşdırmalı və həyata keçirməlidir. İnanın, biz cəbhə bölgəsində olarkən prezidentin həmin yerlərə səfərinin insanlarımızda nə qədər ruh yüksəkliyi və inam yaratdığının şahidi olduq. Ancaq "Qarabağ”ı da heç kim əlindən tutub Ağdama aparası deyil. Komanda özü bu işdə maraqlı və təşəbbüskar olmalıdır. Orada olarkən icra hakimiyyətinin nümayəndələri də təşkilatçılıq üçün hər şey etməyə hazır olduqlarını bildirdilər. İnanırıq ki, komanda rəhbərliyi bizi, bizim timsalımızda yüzlərlə azarkeşi eşidib, kuboku Ağdama aparacaq".

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300