"Gələn həftədən etibarən səfirlikdə xatirə kitabı açılacaq”

Bunu Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez (Aurelia Bouchez) deyib.

A. Buşez bildirib ki, Fransa prezidenti tərəfindən ölkədə 3 günlük matəm elan olunub: "Azərbaycan prezidenti İlham Əliyev bu səhər Fransa xalqı və prezidentinə məktub göndərib, Fransa xalqının acısını paylaşdığını, Fransa xalqını dəstəklədiyini bildirib. Fransa bunu yüksək dəyərləndirir”. 

A. Buşez qeyd edib ki, Fransa prezidenti hadisə ilə bağlı bu gün iki dəfə çıxış edib: "Fransa prezidenti çıxışında bildirib ki, Fransa xalqının azadlıq və tolerantlıq dəyərlərini hər bir halda müdafiə edəcək, bu, terror və vəhşiliyə qarşı bir müdafiə olacaq. Fransa prezidenti qeyd edib ki, baş verənlər terror ordusu tərəfindən Fransaya, müdafiə etdiyimiz dəyərlərə, azad ölkəyə qarşı müharibə deməkdir. Gələn həftədən etibarən səfirlikdə xatirə kitabı açılacaq” (APA).

 

 

ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300