Qubalı milyarderlərin ermənilərlə işbirliyi - FAKT
Moskvadakı "Fud Siti” ticarət mərkəzində Ermənistanın pavilyonu açılacaq.

Modern.az xəbər verir ki, daha çox kənd təsərrüfatı və ərzaq məhsullarının satışı üçün nəzərə tutulan mərkəzdə ermənistanlı istehsalçılar öz məhsullarını təqdim edəcəklər.

 Məlumata görə, pavilyonun qurulması Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrlə Rusiya arasında iqtisadi münasibətlərin möhkəmləndirilməsi məqsədini daşıyır.

"Ermənistan” ticarət-sərgi pavilyonunun mayın 28-də Yerevan sənaye-ticarət palatası ilə birlikdə daimi əsasda "Fud Siti” mərkəzində açılacaq.

Xatırladaq ki, 88 hektar sahədə yerləşən "Fud Siti” Moskvanın ən böyük aqroklasteri hesab olunur. Naviqasiya, loqistika və nəqliyyat mərkəzi də olan kompleks məhsul alıcıları və satıcıları arasında vasitəçisiz əlaqə qurur.

Xatırladaq ki, "Fud Siti” 2014-cü ildə istifadə verilib. Onun sahibləri əslən Azərbaycanın Quba rayonunun Qırmızı qəsəbəsindən olan milyarderlər Qod Nisanov və Zarah İliyevdir. "Forbes”in məlumatına görə, qubalı milyarderlərin 2015-cdi il üçün şəxsi sərvəti 4,7 milyard dollara çatır. 

 
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300