Şəhid Orxan Natiq oğlu Hümbətovun

anası Pərvanə xanıma

və bütün şəhid analarına

 

Mən əsgər olanda anam, hər gün dua elədi, salamat qayıdım deyə.

 

Mən əsgər olanda anam, hər gün ağladı, narahat idi deyə.

 

Mən əsgər olanda anam, bişirdiyi dadlı xörəklərin heç birindən doyunca yemədi, birdən ac olaram deyə.

 

Mən əsgər olanda anam, heç bir bayrama könüldən sevinmədi, bayramları evimizdə keçirmədim deyə.

 

Mən əsgər olanda anam, hər döyüş xəbərinə diqqət kəsildi, birdən cəbhədə olaram deyə.

 

Mən əsgər olanda anam, hər şəhid xəbərinə yas saxladı, şəhid olaram deyə.

 

Mən əsgər olanda anam, hər əsgər görəndə kövrəldi, məni xatırladı deyə.

 

Mən əsgər olanda anam, hər görüşdə sevincindən ağladı, intizardan üzüldü deyə.

 

Mən əsgər olanda anam, gecələri səksəkəli yatdı, növbələrdə oyaq qaldım deyə.

 

Mən əsgər olanda anam, hər gün üşüdü, soyuqda üşüyərəm deyə.

 

Mən əsgər olanda anam, heç bir toyda qol qaldırıb oynamadı sevincək, o toylarda olmadım deyə.

 

Mən əsgər olanda anam, hər telefon zənginə səksəndi, mən olaram deyə.

 

Mən əsgər olanda anam, heç kəsi telefonda çox danışmağa qoymadı, zəng edərəm deyə.

 

Mən əsgər olanda anam, hər zəngimə ağladı, səsimi eşitdi deyə.

 

Mən əsgər olanda anam, yanında siqaret çəkməyimə danışmadı, danlamağa üzü gəlmədi deyə.

 

Mən əsgər olanda anam hər gün yollara boylandı, məzuniyyətə gələrəm deyə.

 

Mən əsgər olanda anam, televizorun başından ayrılmadı, təxris xəbərim nə vaxt çıxacaq deyə.

 

Mən əsgər olanda anam, günləri saydı, nə vaxt qayıdacam deyə.

 

Mən əsgər olanda anam, qurban dedi, evimə dönüm deyə.

 

Mən əsgər olanda anam, bütün namuslu əsgər anaları kimi elədi, anadır deyə.

 

Mən əsgər olanda anam...

 

Bircə çəkmələrimi qoxlamadı.

 

Mən əsgər olanda ölmədim deyə.

 

Mən əsgər olanda bildim dünyanın ən kirli və ən iyli çəkmələridir əsgər çəkmələri.

 

Hər axşam yat komandasından sonra kazarmanı bürüyən o kəsafətli qoxunu içimə çox çəkdim deyə.

 

İndi isə.

 

Mən bilirəm.

 

Bağrına basdığın o çəkmələr dünyanın ən gözəl əsgər çəkmələridir.

 

Bir şəhidin çəkmələridir deyə.

 

Və bir də.

 

Bir şəhid anasının qoynundadırlar deyə,

 

PƏRVANƏ ANA!

 

(kulis)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300