Fransa polisi noyabrın 13-də baş vermiş silsilə terror aksiyaları ilə bağlı istintaq hərəkətlərini davam etdirir.
 
APA-nın Parisə ezam edilmiş xüsusi müxbirinin verdiyi xəbərə görə,  indiyə qədər açıqlanan məlumatlarda terrorçular arasında bir fransız vətəndaşı olduğu bildirilir. İlkin məlumata əsasən, İsmail Ömər Mustafa adlı bu şəxs 1985-ci il təvəllüdlüdür və  Fransanın Şartr qəsəbəsində yaşayıb. Fransa polisi onun şəxsiyyətini Bataklan klubunda kəsilmiş barmaq izlərindən müəyyən edib. Mustafa əvvəllər xuliqanlıqla məhkum olunub.  Fransa xüsusi xidmət orqanlarındakı "potensial terrorçu” siyahısında onun adı olmayıb.
 
Açıqlanmış son məlumatlara görə, İsmail Ömər Mustafa yaxın vaxtlarda Türkiyə üzərindən Suriyaya gedib. Hazırda onun atası, qardaşı və qardaşı arvadı da daxil olmaqla yaxınlarından 6 nəfər həbs edilib. Onların  evlərində axtarış aparılır.
 
Terrorçuların istifadə etdikləri qara rəngli "Seat Leon” markalı avtomobil isə Paris yaxınlığındakı Montröy qəsəbəsində tapılıb. Avtomobildən silah da götürülüb.  

Parisdə isə bu gün bazar günü olduğu üçün və xüsusilə polisin xəbərdarlığı nəzərə alındığından əksər müəssisələr və ticarət mərkəzləri qapalıdır. Bütün Fransa ərazisində təhlükəsizlik tədbirləri görülüb, strateji obyektlər və əhalinin sıx toplaşdığı yerlər xüsusi nəzarətə götürülüb. Ölkə ərazisində təhlükəsizlik tədbirlərini həyata keçirmək üçün Fransa ordusundan 5000 silahlı əsgər cəlb edilib.
 
Sakinlər terror hadisələrinin baş verdiyi ərazilərə gəlib, qurbanların xatirəsini yad edir, gül qoyur, şam yandırırlar. 
 
Hadisə nəticəsində ölən və yaralananların ailə üzvləri və qohumları üçün Parisin Hərbi Məktəbində xüsusi psixoloji məntəqə açılıb. Son məlumatlara görə, hadisə nəticəsində 129 nəfər ölüb, 352 nəfər yaralanıb. Yaralılardan 90-nın vəziyyəti ağır olaraq qalır. Ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi prosesinə də başlanılıb.
 
Hökumət üzvləri bütün bəyanatlarında xalqı həmrəy olmağa, həmçinin daha ehtiyatlı və diqqətli davranmağa çağırırlar. Fransa rəsmilərinin bəyantlarında tez-tez "ölkənin müharibə vəziyyətində olması” barədə fikirlər səsləndirilir. Prezident Ollanddan sonra Fransanın baş naziri də "ölkənin İŞİD-ə qarşı müharibədə olduğunu” bildirib. O qeyd edib ki, bundan sonra "İslam dövlətinə" qarşı hücumlar intensiv olacaq.
 
Bu gün nəşr olunmuş Fransa qəzetlərinin də manşetləri istisnasız olaraq terrorla bağlıdır. Tirajlı qəzetlərin hamısında "Fransa İŞİD-ə qarşı”, "Mən Parisəm", "Müqavimət göstərək", "Fransa müharibəyə girir" kimi manşetlər atılıb.
 
Ölkədə nümayişlərin keçirilməsinə icazə verilməsə də, əhali əsas meydanlara toplaşır. Sabah isə yerli vaxtla saat 12.00 –da Fransada 1 dəqiqəlik sükut elan olunacaq.

 
Bazar ertəsi məktəblərin fəaliyyətini bərpa edəcəyi deyilsə də, bu barədə hələlik rəsmi qərar yoxdur.  Muzeylər, idman  kompleksləri və sair yerlər isə hələ bir müddət bağlı olacaq.
 
Fransa prezidenti Fransua Olland Xalq Hərəkatı Birliyi Partiyasının sədri Nikola Sarkozi və ifrat sağ partiya olan Milli Cəbhənin sədri, xanım Marin le Penle görüşür. Bazar ertəsi isə Olland Versal sarayında parlamentin hər iki palatasının, Milli Assambleya və Senatın sədrləri, parlamentdəki siyasi qrupların rəhbərləri və müxalifət partiyalarının iştirakı ilə toplantı keçirəcək.  Bundan sonra isə onun xalqa müraciət edəcəyi gözlənilir.
 
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300