Mehman-Aliev111

Ölkədən çıxarılan pulların böyük bir qismi nəzarət altındadır

Azərbaycan məmurlarının xaricdəki pulların böyük qismi dondurulub. Bu barədə məlumatı "Azadlıq”a "Turan” Informasiya Agentliyinin direktoru verib. Mehman Əliyev deyib ki, artıq Azərbaycan məmurlarının ölkədən çıxartdığı vəsaitlərin böyük bir qismi artıq nəzarət altındadır və istifadə oluna bilmir: "Azərbaycandan böyük miqdarda pullar çıxaran şəxslərin o pullardan istifadə edə bilməməmələri bir həqiqətdir.
Buna səbəb həmin vəsaitlərin saxlanıldığı ölkələr tərəfindən dondurulmasıdır. Terrorizmin maliyyələşməsi, arzuedilməz, təhlükəli sahələrə vəsaitlərin ötürülməsi ilə bağlı sivil dövlətlərdə böyük narahatlıq var. Bu fikirlər ötən il Vaşinqtonda səslənmişdi. Bu baxımdan hesab edirəm ki, korrupsionerlər bu gün artıq mənimsədikləri pullardan istifadə problemi ilə üzləşirlər. ”Panama sənədləri” ilə bağlı ABŞ-da xüsusi bir komissiya yaradılıb. Aparılan yoxlamalar bu məsələ ilə bağlı da bir çox məqama aydınlıq gətirəcək. Görünən odur ki, korrupsionerlər üçün vəziyyət getdikcə çətinləşəcək”.
Mehman Əliyev əlavə edib ki, hazırda baş verən proseslər də bunun göstərir: "İndiki maliyyə böhranı dövründə hakimiyyət həmin pulları ölkəyə gətirib istifadə edə bilərdi. Lakin bu baş verməyib. Heç şübhəsiz pulların çıxarılmasına imkan verilməyib”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300