Ukrayna təmsilçisi, Krım tatarı Cəmalənin "Eurovision-2016”da qalib olmasına bu ölkənin keçmiş baş naziri Arseniy Yatsenyuk maraqlı münasibət bildirib. Keçmiş baş nazirin fikrincə, bu qələbə Krımın geri qaytarılacağının müjdəsidir.
"Bravo, Camala. Parlaq və layiqli qələbə. İstedadın cəlbedici gücü və mahnının sərhədsiz dərinliyi. Ukrayna qələbə çalır və çalacaq, Krım Ukraynanın olacaq!”, – deyə Yatsenyuk feysbuk səhifəsində yazıb.