Generalın başı dərddə: yaxın adamı həbs olundu - 700 min manatlıq qalmaqal
 
Generalın ən yaxın adamı Yunis Əsgərov onu satacaqmı? 

Rüşvət alarkən  hərbi prokurorluq tərəfindən yaxalanan polkovnik Yunis Əsgərov çətin vəziyyətlə üzləşdiyi deyilir 

SHXÇDX-da mənimsənilən 700 min manatda Arzu Rəhimovla bərabər Daxili Təhqiqatlar İdarəsi rəisi, polkovnik Yunis Əsgərovun da payı olduğu iddia olunur.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən saytımıza daxil olan məlumata görə qurumda ciddi probllemlər çıxmaqda davam edir. Arzu Rəhimovun qurumunda daxili təhqiqatlar şöbəsinin vəzifəsini daşıyan Yunis Əsgərovun tibbi ləvazimatlar üçün dövlət tərəfindən ayrılaan 700 min manat vəsaiti SHXÇDX rəisi ilə birlikdə mənimsədikləri deyilir. 

Qurumdan AzFakt.com-a verilən məlumatda deyilir ki, Daxili Təhqiqatlar İdarəsi rəisi, polkovnik  Yunis Əsgərov Arzu Rəhimova arxayın olaraq rayon şöbələrinin rəislərini açıq aşkar şantaj edərək onlardan külli miqdarda pul alır. Belə ki, SHXÇDX-nın rayon şöbələrindən baş idarəyə daxil olan şikayətləri araşdıraraq "ciddi bir sübuta” çevirən Yunis Əsgərov vəzifəsindən sui istiadə edərək şöbə rəislərindən hər ay rüşvət tələb etdiyi iddia olunur. 

SHXÇDX-kı mənbəmizin AzFakt.com-a verdiyi məlumatda qeyd olunur ki, Yunis Əsgərov demək olar rayon şöbələrinin əksəriyyətini aylıq alır. Bu isə SHXÇDX-nın rayon şöbələrin rəislərini çağırışçıların valideynlərindən alınan rüşvəti artırmağa sövq edir. Nəticədə isə orduya kasıb insanların xəstə uşaqları cəlb olunur. Məlumata görə hər rayon şöbəsinin rəisi hər ayın axırında Daxili Təhqiqatlar İdarəsi rəisi, polkovnik Yunis Əsgərova 300 manat göndərməlidir. 

Məlumatda qeyd olunur ki, Daxili Təhqiqatlar İdarəsi rəisinə ayda rüşvət göndərən şöbələrdən gələn hər hansı bir şikayətə baxılmır. İnformasiya mənbəmiz bildirir ki, Yunis Əsgərovla anlaşmayan şöbə rəislərinə qarşı çox amansızdır. Hətta onun bir çox şəxslərinin səsini yazması və həmin səs yazısını SHXÇDX rəhbəri Arzu Rəhimova dinlətdiyi deyilir. 

Ancaq polkovnik Yunis Əsgərovun əməlləri bununla bitmir. Rayon şöbələrində baş verən qanunsuzluqların demək olar ki, əksəriyyətini Daxili Təhqiqatlar İdarəsinin rəisi rüşvət qarşılığında ört basdır edir. Buna misal olaraq Masallı rayon hərbi komisarlığında baş verənləri göstərmək olar. Mənbənin iddasına görə SHXÇDX Masallı rayon şöbəsində baş verən cinayət işini ört basdır etmək üçün polkovnik Yunis Əsgərov 60 min manat rüşvət alıb. Bundan başqa məlumatda bildirilir ki, polkovnik Yunis Əsgərov  SHXÇDX Şəmkir rayon şöbəsindən rüşvət alarkən tutulub və hazırda həmin iş hərbi prokurorluqda tədqiqatdadır.

Mənbəmiz bildirir ki, SHXÇDX-da tibbi ləvazimatların adı altında mənimsənilən 700 min manat yeyintidə də polkovnik Yunis Əsgərovun əli var. Amma polkovnik bu vəsaitin bir hissəsini mənimsədiyini əsas vəsaitini rəis Arzu Rəhimova çatdığını açıq aşkar deyir. "Görünür işinin hərbi prokurorluqda olması polkovnik Yunis Əsgərovu çətin vəziyyətə salmaqla bərabər həmçinin stresə də salıb və belə bir məqamda onun rəisi Arzu Rəhimovu satmayacağı isə naməlumdur. Çünki etdiyi yüzlərlə qanunsuz əməllərdən qazandığı milyonlarla pulu təkbaşına yemədiyi məlumdur. Bu qazancın bir hissəsinin Arzu Rəhimova çatdığını hər kəs yaxşı bilir”, deyə mənbə qeyd edib. 

Qeyd edək ki, SHXÇDX-nın Daxili Təhqiqatlar Şöbəsinin rəisi Yunis Əsgərovun Şəmkirdə necə rüşvət alması və necə ilişməsi, həmçinin polkovnikin digər əməlləri barədə yaxın günlərdə daha ilginc məlumatlar verəcəyik.

Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300