Ötən aprel ayında cəbhə xəttində baş vermiş hadisələr zamanı ermənilərin 320-dən artıq hərbçisi məhv edildi, 500-dən artıq hərbçisi yaralandı, 30 tankı və digər zirehli texnikası, 25-dən artıq artireliya qurğusu məhv edildi.

Trend-in məlumatına görə, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bu gün Milli Məclisdə keçirilən "Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn problemləri" adlı dinləmələrdə deyib.

V.Dərgahlı bildirib ki, Ermənistan tərəfi aprel hadisələrinə qədər daim digər ölkələri münaqişəyə cəlb etmək üçün təxribatlar törədib.

O deyib ki, 2014-cü ildə prezidentlərin noyabr ayında görüşündən sonra Ermənistan tərəfi Dağlıq Qarabağ ərazisində böyük hərbi təlim keçirdi: "Yəni Ermənistan tərəfi həmin dövrdə gərginliyə hesablanmış bir addım atdı. O dövrdə Ermənistan tərəfi məqsədyönlü şəkildə gərginlik yaratdı. Ermənistan təmas xəttindən başqa, sərhəddə olan ərazilərdəki mövqelərimizi də atəşə tuturdu və bununla da başqa ölkələri münaqişəyə cəlb etməyə çalışırdı".

V.Dərgahlı bildirib ki, 2015-ci ilin payızından başlayaraq Ermənistan tərəfi qoşunların təmas xəttinə yaxın ərazilərdə və sərhəddə mülki əhalini atəşə tutrdu: "2016-cı ilin mart ayından başlayaraq Ermənistan tərəfi əhalini atəşə tutmağı daha da gücləndirdi. Vəziyyəti gərginləşdirmək məqsədilə artilleriya qurğularından həm döyüş mövqelərimizi, həm də təmas xəttinə yaxın olan yaşayış məntəqələrini atəşə tutrdu. Ötən aprel ayının 2-nə keçən gecə bütün mövqelərimizi, eyni zamanda mülki əhalini atəşə tutdular. Azərbaycan tərəfindən adekvat tədbirlər görülməsi ilə bağlı qərar qəbul edildi və cavab zərbələri endirildi. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən koordinatları müəyyənləşdirildi, canlı qüvvəsi və hərbi texnikası məhv edildi".

V.Dərgahlı bildirib ki, bu hadisələr zamanı Azərbaycan Ordusunun çox az hissəsi istifadə olundu.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300