Eldar Mahmudova yaxın olan
Neftçala rayonu Aşağı Qaramanlı kəndində əhaliyə bölünən pay torpaqlarının qanunlarla deyil,istəklərlə bölündüyü haqda uluyol.info xəbər portalında geniş repartajımız olmuşdu.Hansı ki,faktlarla,mənimsənilən torpaqların kimə,və neçə hektar olması,fotoları ilə birlikdə yayımlamışdıq.Dövlətin möhkəm,güclü olması üçün vətəndaşı savadlı,bir o qədər qanunların bilib,riyayət etməsi qənaətindəyik.Amma təəssüflər ki,bu gün Xalqın narazı kütləsi məhz qanunların icrasında olanların o qanunları öz istəklərinə qurban verməsindən yarandığının şahidiyik.
"Neftçala rayonun məmurlar işğal edib” başlıqlı yazıdan sonra ümid etdik ki,bu kimi faktlardan sonra dövlətin adiyyatı orqanları qolların çırmalayıb,əhalinin yanında olacağın düşünmüşdük.Ötən yazımıza qısa nəzər salaq: Neftçala rayonu Aşağı Qaramanlı pay torpaqlarında bölgü aparılarkən 1997 -ci ildə həmin vaxt vəzifədə olan:Nazirlər Kabinetində qarac müduri,rayon prokuroru,cinayət axtarış şöbəsinin işçisi,idarə,müəssisə rəhbərləri,yol polisi idarəsinin rəisi,kolkoz sədrləri,icra nümayəndələri,bələdiyyə sədrləri,Kənd Təsərrüfatı Nazirliyində çalışanlar- sadalamaqla qurtarmayan məmurlar torpaqları zəbt etdilər.Kənd sakinlərinə paylanmalı olan yararlı torpaqları özləri götürüb,əkinə yararsız torpaqları isə kənd sakinlərinə payladılar…

Bu şəxslər tərəfindən 1000 hektarlarla əkinə yararlı torpaqlar mənimsənilmişdir.Torpaq bölgüsündə hər adama iki yerdən pay torpaq düşür ki,bunun birinci pay torpaq adlandırılan hissəsi kəndə yaxın,.ikinci pay torpaqları bir az kənardadır.Birinci pay torpalarında demək olar ki,problem yoxdur.Paylanılmasında problem olmasada,suvarmada,və kollektorların zığ suları ilə dolması problem kimi qalmaqdadır.Bu mövzunu sonraki,yazılarımızda…İkinci pay torpaqları isə bayaq sadaladıqlarım şəxslər tərəfindən mənimsənildiyindən 1000 hektarlarla əkin sahəsindən məhrum olan sakinlər bu vaxta kimi hara müraciət etsələrdə cavabsız qalıb.Hansı ki,birinci pay torpaqları olan hissədən də xeyli ərazi mənimsənilib.Ümumi qənaət isə "Sənə ,səndən şikayətim var” .Şikayət etdikləri qurumların özləri zəbt edən tərəf olduğundan bir yolla "yola verilib”.Yolunu Paytaxt Bakıya salanlar isə məsələ aydınlaşması üçün adiyyatı üzrə rayon rəhbərliyinə göndərilir ki,bu dəfə də eyni aqibətlə üzləşən sakinlərin ümidi üzülüb.Hərçənd ümid ən son ölür deyirlər.Onsuzda son devalvasiyalardan sonra bir qədər də maddi yaşam tərzləri aşağı düşən sakinlərin bu kimi özbaşnalıq birbaşa dövlətdən,ölkə rəhbərliyindən uzaqlaşdıran məqam olduğundan bizim vasitəmizlə yayımlanan faktlar üzrə yuxarı indansiyalar tərəfindən birdəfəlik bu problemin kökünə gedib həll olunacağına ümid edək…

Qeyri neft sektornun inkişaf etdirilməsi poroqramında kənd təsərrüfatının yer alması bu o deməkdir ki,Xalqımız ona həvalə olunmuş aktlı pay torpaqlarına bir az artıq ilgi göstərəcəyi halda nə Qazaxıstandan buğda alarıq,nə Türkiyədən tırlarla paltar.Hansı,ki buğda,arpa,yonca,pambıq ,tütün,və s. bu kimi məhsulların artırılması planlı şəkildə işləyib hazırlanacağı halda dövlətin büdcəsi,əhalinin boxçası artacaq.Bu zaman bizim bir o qədər artıq top-tüfəng alacağımız qənaətinə gəlirik.Torpağı zəbt edən yerli məmurlara dövlət yerin göstərəcəyi halda ,işağ olunmuş,zəbt olunmuş əzəli torpaqlarımızın Xalqın gücü ilə qayıdacağına, Bütöv Azərbaycanın yaradılmasına heç şübhə etmirik,buna əminik!

Mərhum prezident Heydər Əliyev 1997-ci il 1 yanvar tarixində imzaladığı 534N-li bu fərmanda ərazidə olan torpaqların bərabər şəkildə paylanması göstərilirdi.Belə ki,5 faiz Bələdiyyə,3 faiz İnkişaf üçün nəzərdə tutulmuş və ən gözəl ondan ibarət idi ki,ilkin yer quruluşu nəzərə alınmaqla Torpaqlar bərabər şəkildə bölünməli idi.Lakin Neftçala rayonu Aşağı Qaramanlı ərazisində bu fərmana əhəmiyyət verilmədi.Vəzifə sahibləri bildikləri kimi,öz mənafələri çərçivəsində bölgü apardılar.Aşağı Qaramanlı kəndində Sovetlər dönəmində ”Nuruş Əliyev” adına olan kolxaz bir neçə dəfə orden,mükafatlarla təltif olunmuşdu.Həmin dönəmdə Azərbaycanda iki belə kolxozdan biri olan "Nuruş Əliyev” adına kolxozun büdcəsi təsəvvür etdiyimizdən dəfələrlə böyük idi.100-lərlə əkin üçün texnika,Kolxoz daxilində terləşən 10-larla obyektlər,binalar,heyvan sürüləri,bir sözlə kolxoz sistemi ləğv olunduqda bu sərvəti düzgün istiqamətdə istifadə olunacağı təqdirdə bu gün nəinki ,Aşağı Qaramanlı kəndi Neftçala rayonunda ki,işsizlər ordusun tam aradan qaldırmaq olardı.
Eldar Mahmudova yaxın olan
Sakinlər uluyol.info-ya bildirir ki, Mərhum H.Əliyevin verdiyi qərarı o vaxtı 2400 imza ilə ərazidə yaşayanlardan toplayıb Rayon rəhbərliyinə ,ümumi şöbəsinə rəsmən təqdim edilib.Rəsmi olaraq 5 gün müddətində cavab verəcəklərin bildirsələrdə,bu gün ki, günə qədər biganə qalıblar.

Bundan əlavə ölkəmizin buğdaya olan təlabatının öz gücünmüzlə hasil olunmağı üçün fermerlərə ayrılan milyonlarla pulu isə yenə də öz tamahlarına qurban verirlər.Hansı ki,balıq nohurlarına buğda yeri adı altında ayrılan vəsaitləri göstərmək bəs edər.Biçin mövsümündə də aydın olur ki,ayrılan pullar havaya sovrulub,suya tökülüb.Ortada məhsul yoxdur.

Yerli bələdiyyələr ,bələdiyyə adı ilə qeyri -qanuni olaraq birinci pay torpaqların su altında olan sahələri satmaqla satıb-alan məmurların sənədlərin düzəltməklə məşğuldurlar.
Bələdiyyə adı ilə torpaqlarımızın 30 faizi mənimsənilmişdir.Hal-hazırda 2500 ha torpaq sahəsi dövlətin fərmanlarını öz istəklərinə qurban verən şəxslərin əlində cəm olunmuşdur…

Mətbuatda tirajlanan” İki rayon Leysanov zülmünə qarşı ayağa qalxdı” başlıqlı yazıda açıq şəkildə Leysanov Bahənddin tərəfindən Neftçala və Salyan rayonlarından Bələdiyyələrdən icarə adi ilə 99 illik mənimsənilən torpaqlardan geniş məlumat verilmişdi.Hansı ki,Neftçala rayonunda Leysanov Bahəddinin Tək Aşağı Qaramanlı kəndi deyil,qonşu kənd sakinlərinində pay torpaqların dolayısı ilə mənimsəyib.Buna yerli bələdiyyələrin "əvəzsiz” əməyi olduğu bildirilir.Uluyol.info-nu məlumatlandıran mənbələrin buildirdiyinə görə Leysanov Bahəddin uzun illərdir ki,Neftçala rayonunda torpaq zəbt etdiyi kimi,vəzifədə zəbt etməklə məşğuldur.Belə ki,yerli icra orqanlarına öz adamların yerləşdirməklə bu rayonda etdiyi qanunsuzluğu ört basdır etməyə nail ola bilib.Neftçalanın İsmayil Vəliyevdən əvvəlki icra başçısı Taleh Qaraşovla yaxın münasibəti olan Leysanov bu rayonda onunla birgə əkin sahələri,bir çox ərazilərin,obyektlərin mənimsənilməsində rol oynayıb.Bahəddin Leysanovun bu rayonda iki yanacaqdoldurma məntəqəsi,”Salyan-Pambıq”Açıq Tipli Səhmdar Cəmiyyəti,eyni zamanda Neftçala, Salyan,Şirvan,Sabirabad və Biləsuvar Pambıq Zavodlarının səhmlərinin 50% nə sahibdir.



Uluyol.info olaraq burada ki,əhalinin çox saylı şikayətlərin nəzərə alıb zəbt olunmuş pay topaqlarının durumun öyrənmək üçün əkin sahələrinə yollandıq.Gördüyümüz mənzərə isə Leysanova məxsus torpaqlar münbit ərazilər,kollektorun o biri tayın da isə 100 hektarlarla əkin sahəsinin yararsız olmasının şahidi olduq.Hansı ki,həmin sahələr aktla yerli sakinlərin pay torpaqlarıdır və həmin sahələri əkməsələr belə verginin vaxtı-vaxtında ödənilməsin vurğuladılar.Bundan əlavə zəbt olunmuş əkin sahələrin də 100 hektarlarla balıq nohurlarının şahidi olduq.

Yerli mənbələrin məlumatına əsasən Bahəddin Leysanovun MTN şəbəkəsinin dəftərində adı olanlardan olub.Hazırda B.Leysanov ona məxsus torpaqları sabiq nazir Eldar Mahmudovla yaxınlığından yazılan ”Sədərək Yusif”ə satdığı bildirilir.”Sədərək Yusif” kimi tanınan sahibkar Yusif Qədimbəylidir.Sədərək Yusifin Neftçala rayonu Aşağı Qaramanlı kənd pay torpaqlarında üç ildir ki,görünməkdədir.Burada üzüm sahələri,balıq nohurları,hektarlarla əkin sahələri,fermaları ,villası və s.Maraqlısı isə, Sədərək Yusifin aldığı torpaqlara böyük maşınlarla girmək qadağandır.Belə ki,çöl-əkin sahələrinin yolları onsuzda bildiyimiz qədəri ilə torpaq yoldur və bu yollar çala-çuxurlu olur.Sədərək Yusifin torpaqlarına gedən yollarda süni maneələr yaradılıb.Buda yerli fermerlərə olduqca problem yaratmaqdadı.Yerli fermerlər əkin sahələrinə traktor,kombayn aparmaq üçün dolama-dolama yolları qət etmək məcburiyyətində qalıblar.Sədərək Yusif istədiyi yerdə istədiyi şəraiti yaradıb.Belə ki,Əkin sahələrində balıq nohuru hazırlatdırıb.Bu nohurlara şirin suyun gəlişində problem yaranarsa ,əlavə şor kanaldan boru da çəkdirib.Bu nohurun yaxınığında əkin sahəlkərinin qrunt suların nasoslarla kollektorlardan çəkilib kanal vasitəsilə Xəzər Dənizinə tökülür ki,burada kanalın sürətinin qarşısı alınıb.Sədərək Yusifə məxsus əkin sahələrində çalışan işçilərin son aylarda maaşlarından 100 manat sildirməyi vurğulanıb.Buda yerli sakinlərdə qəzəb yaradıb.Adının çəkilməsini istəməyən kənd sakinləri bildirirlər ki,”gəlib torpaqlarımızı zəbt edirlər,öz torpaqlarımızda fəhlə kimi beş nəfərin işin tək görürük ,amma görürüsən ki,sonda maaşımızdan 100 manat kəsirlər.Bilmirsən ki,dərdini hara deyəsən.Onsuzda işsizlik hökm sürür,əvvəl paytaxt Bakıya gedib tikintidə çalışırdıq,o bizə sərf edirdi.Amma burda bir belə əziyyətə əməyimiz qiymətləndirilmir”.
P.S.Bu yazı sayca dördüncü araşdırma yazımızdı.Ümid edirik ki,burada göstərilən faktlar yetərlidir ki,adiyyatı orqanlar yerli sakinlərə bölünəcək torpaqların kim,hansı məqsədə mənimsənildiyin anladı və ölçü götürülüb,sakinlərin haqqı olan ərazilərin yenidən bölgü aparıb sahibinə veriləcəyinə inamla….Xalqın inkişafı üçün onun qarşısın kəsənlərdən deyil,ona yol açanlardan olaq.
 
Uluyol.info
Saday Fərəcov

Eldar Mahmudova yaxın olan
Eldar Mahmudova yaxın olan
Eldar Mahmudova yaxın olan
Eldar Mahmudova yaxın olan
Eldar Mahmudova yaxın olan
Eldar Mahmudova yaxın olan
Eldar Mahmudova yaxın olan

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300