Səfərov Elimdar 1992-ci il iyulun 26-sı Yardımlı rayonunda  dünyaya göz açıb.1993-cü ildə ailəsi ilə birlikdə Neftçala rayonuna gəlib,və burada məskunlaşmışlar.Neftçala rayonu Sakit Kərimov Qədimkənd kənd orta məktəbinə 1998-ci ildə birinci sinifə getmiş və həmin məktəbi 2009-cü ildə bitirmişdir.Hərbi xidmətə yollanan Səfərov Elimdar xidməti başa vurduqdan sonra yenidən Ordu sıralarına qatılmışdır.

Milli Ordunun giziri kimi mühum strateji obyektələrin,yüksəkliklərin araşdırılması,düşmən tərəfində olan silah -sürsat,əsgər sayı və hərbi sirr kimi gizlədilən düşmən ordusunun məlamatların çox peşakarlıqla öyrənmişdir.Xidməti zamanı xeyli fərqlənmə nişanları,təbrik məktubları almışdır.Düşmən tərəfinin aprelin 1-i gecə ordumuzun mövqelərin atəşə tutduğu zaman məhz Səfərov Elimdarın daxil olduğu kəşviyyat bölüyümüz düşmənin içərilərinə girməyi bacarmış,və bu gün strateji əhəmiyyəti olan yüksəkliklərin alınmasında birbaşa iştirak etmişdir.Döyüş zamanı bir yerdə olduqları hərbiçi dostları Elimdarın döyüş qabiliyyətlərindən ,verilən tapşırığı vaxtında yerinə yetirməsini xüsusilə vurğulamışlar.
 
Cəbhə xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən Milli Ordunun giziri Səfərov Elimdar  Səlimxan oğlu  qəhrəmancasına həlak olub.Elimdar Səfərov doğulub başa çatdığı Aşağı Qaramanlı kənd qəbiristanlığında aprelin 4-ü uğrunda həlak olduğu torpağa tapşılıb.

 
Uluyol.info xəbər verir ki bu gün şəhid Elimdar Səfərovun 40 mərasimi keçirilib.Şəhidin mərazi ətrafında insan izdihahı müşayyət olunub.Müdafiə Nazirliyin rəsmisi Elimdar Səfərovun ölümdən sonra təltif olunduğu ” 3-cü dərəcəli xidmətə görə medal”ı məzarı üzərində şəhidin anasına təqdim edib.Şəhidimizin anası oğlu ilə fəxr etdiyin vurğulayıb.Neftçala  ruhaniləri bundan sonra hər cümə günləri namazdan öncə şəhidlərimizi ziyarət edəcəklərin və onların ruhlarına dua oxuyacaqların vurğulayıblar.
 
Bundan əlavə şəhid Elimdar Səfərovun  əbədiləşdirilməsi üçün rayon mərkəzindəki küçəyə,qonşu məktəbə  adının verilməsi barədə qərar açıqlanıb.Neftçala -Salyan magistral yolunun Aşağı Qaramanlı kəndindən keçən hissədən şəhidimizin həyətinə yol çəkiləcəyidə görüləcək işlər siyahısındadır.Ailəsi şəhidimiz həyatı və fotoları ilə kalendar hazırlatdırıb və ziyarətə gələn insanlara paylanılıb.
 
Uluyol.info
Saday Fərəcov
 
 
Şəhidlər ölməz ,Vətən bölünməz.
Bir kərə yüksələn bayraq ,Bir daha enməz!

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300