Sabunçuda şəhidin adını daşıyan parkı kim satıb? - ŞİKAYƏT

 

Sabunçu rayon Elşən Mehdiyev küçəsi 14 ünvanında yerləşən şəhid Nizami Müslüm oğlu adına park mənimsənilərək iaşə obyektinə çevrilib. Bu barədə Arqument.Az-a sakinlər məlumat veriblər.

Onların bildirdiyinə görə Elşən Mehdiyev küçəsində yerləşən park 1996-cı ildə açılıb. Belə ki, bağ Füzuli rayonundan olan məcburi köçkün Əmirov Vaqif Fərman oğlu tərəfindən salınıb. 1999-cu ildə isə bağa şəhid Nizami Müslüm oğlulunun adı verilib. Park yaşıllaşdırılıb. Sakinlərin dincəlməsi üçün hər cür şərait yaradılıb.

 

Amma son günlər parkın ərazi iş adamalrından biri tərəfindən satın alınıb. Belə ki, Sabunçu ərazisində yeganə yaşıllıq ərazi kimi tanınan parkda bu yaxınlarda Tərlan Hüseynova adlı şəxs tərəfindən kafe-çayxana tikilməsi planlaşdırılır.

Sakinlər bildirirlər ki, Tərlan Hüseynova parkı Sabunçu rayon İcra Hakimiyyətinin razılığı ilə aldığını deyir: "O hətta buna görə İcra Hakimiyyətinə 60 min manat rüşvət verdiyini və sənəd aldığını da gizlətmir, amma sənədin saxta olduğuna şübhə yoxdur. Əgər İcra Hakimiyəti belə bu sənədi veribsə, yenə də bu sənəd qondarma sənəddir. Bütün sakinlər parkda kafe-çayxana adı ilə əxlaqasız yuvası yaradılmasından narahatdırlar. Bu məsələdə nədənsə İcra Hakimiyyəti də susur, yaşllıq ərazinin dağıdılıb yerində iaşə obyekti salınmasına göz yumur”. Şikayətçilər bildiriblər ki, parkda tikinti dayandırılması üçün əlaqədar orqanlara şikayət edəcək, ölkə prezidentinə müraciət ünvanlayacaqlar.

Mövzunu diqqətdə saxlayacağıq.


Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300