O icra başçısı olandan Mingəçevirdə milyonluq tenderleri bir şirkət udur — 3 MİLYON MÜƏMMASI
2015-ci ildə Mingəçevir şəhər İcra Hakimiyyətinin 3 iri sifarişini eyni şirkət həyata keçirib. Amma bu şirkətin həmin sifarişlərin satınalmasını tender haqqında qanunvericiliyin tələblərinə uyğun əldə edib-etmədiyini dəqiq söyləmək çətindir. Çünki çoxsaylı axtarışlarımıza baxmayaraq, bu istiqamətdə dəqiqi bilgilər əldə etmək mümkün olmadı.
 
 Mingəçevir şəhər İcra Hakimiyyəti 1 saylı tam orta məktəbin əsaslı təmir işlərinin satın alınmasını (ümumi məbləğ: 999899,19 manat), 7 saylı tam orta məktəbin əsaslı təmir işlərinin satın alınmasını (ümumi məbləğ: 999639,92 manat) və 9 saylı tam orta məktəbin əsaslı təmir işlərinin satın alınmasını (999869,56 manat) "Tam Ortaqlı İnşaatçı” şirkətinə həvalə edib.
 
Əldə etdiyimiz məlumatlara görə, bu şirkətin qeydiyyat ünvanı Bakının Yasamal rayonunda yerləşir. Şirkət Əliyev Şamil Əli oğlunun ilə Siraclı Qeys Məmməd oğlunun adınadır.
 
Qeyd edək ki, hazırda şəhərə Niyazi Müzəffər oğlu Bayramov rəhbərlik edir. O, 2012-ci ildən bu postu tutur.
Maraqlıdır ki, "Tam Ortaqlı İnşaatçı” şirkəti Mingəçevirdə böyük məbləğlərlə müşaiyət olunan sifarişləri məhz o, icra başçısı təyin edildikdən sonra almağa başlayıb. O da maraqlıdır ki, Mingəçevirdə əksər dövlət qurumlarının, müəssisə və təşkilatlarının bu və ya digər satınalmaları eyni şirkət tərəfindən həyata keçirməsinə bir növ adətkərda olublar ki, belədə həmin tenderlərin obyektivliyi, eyni zamanda sifarişlərin şəffaf və keyfiyyətli icrası şübhə altına düşür.
 
Məsələn, Mədəniyyət və Turizm Nazirliyinin Mingəçevirdəki Turizm Kolleci ötən il nə az, nə çox, düz 5 satınalmanı eyni şirkətə - "TA-10” MMC-yə həvalə edib:
 
Maşın və avadanlıqların satın alınması - 29.704 manat;
İnventarların satın alınması - 26.700 manat;
Cari təmir işlərinin satın alınması - 16250 manat;
Dəftərxana və təsərrüfat mallarının satın alınması - 6500 manat;
Avadanlıqların satın alınması - 11881 manat.
 
Onu da deyək ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin iri məbləğli tenderlərini qazanan "Tam Ortaqlı İnşaatçı” şirkətinin hər hansı internet resursu yoxdur. Bu isə həmin şirkətlə bağlı sualları bir az da artırır. (qaynarinfo)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300